Azərbaycanın səfirinin Qahirə Universitetinin müəllim və tələbə kollektivi qarzısında mühazirəsi təzkil olunub

img

23-12-2010 [06:14]


21-də Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri Ş.Abdullayevin Qahirə Universitetinin İqtisadi və Siyasi Elmlər fakültəsində universitetin müəllim və tələbə kollektivi qarşısında mühazirəsi təşkil olunub. Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyindən MİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Qahirə Universitetinin Siyasi Elmlər fakültəsinin professoru və Sivilizasiyaların tədqiqi və Mədəniyyətlərin dialoqu mərkəzinin direktoru Dr. Pakinam Əl-Şərqavi Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olan bir dövlət olduğunu qeyd etmişdir. Tədbirdə iştirak Misirin Xarici işlər nazirinin müavini Səfir Məhəmməd Orabi Bakıya səfər etdiyini xatırladaraq, zəngin mədəniyyəti və tarixi olan Azərbaycanın qlobal siyasətdə və sivilizasiyalararası dialoqda xüsusi rolu və çəkisi olduğunu vurğulamışdır. Səfir Ş.Abdullayev 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra öz müstəqilliyini bərpa etmiş Azərbaycanın şərqin ilk demokratik respublikası olaraq, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi kimi təşəkkül tapdığı və çoxəsrlik dövlətçilik ənənələri, tarixi və mədəni irsi əsasında demokratik inkişaf yolu seçdiyi barəsində məlumat vermişdir. Ş.Abdullayev müstəqilliyinin ilk illərindən Azərbaycan Respublikasının təhlükəsizlik və xarici siyasət kursunun dəyişən beynəlxalq münasibətlər sistemi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, müasir dünyaya xas olan təhlükə və risklər, ölkənin geo-strateji mövqeyi və zəngin karbohidrogen resurslarının olması kimi amillər əsasında formalaşdığını mühazirə iştirakçılarının nəzərinə çatdırmışdır. Azərbaycanın müstəqillik tarixinə toxunan Səfir Ş.Abdullayev ulu öndərimiz Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi və bununla da Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirmiş, Əsrin kontraktı və Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğu işləri və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün sahələrdə dinamik inkişafı barəsində ətraflı məlumat vermişdir. Azərbaycan SSR-in daxilində Dağlıq Qarabağ Muxtar vilayətinin yaradılması və Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Azərbaycan torpaqlarının işğalı və Ermənistanın törətdiyi müharibə cinayətləri barədə ətraflı məlumat verərək, Səfir Ş.Abdullayev münaqişənin sülh yolu ilə həll edilməsi üzrə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan Azərbaycanın mövqeyini açıqlamışdır. Ş.Abdullayev müstəqilliyinin ilk illərindən İslam dünyası və ərəb ölkələri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan Respublikasının xarici siyasətinin qarşısında duran prioritet vəzifələrdən biri olduğunu və Azərbaycan xalqının tarix, din və mədəni köklərlə İslam sivilizasiyasına bağlı olaraq, zəngin İslam mədəniyyətdən öz bəhrəsini götürdüyü, eyni zamanda bu mədəniyyətin inkişafına və zənginləşməsinə öz töhfəsini verdiyini diqqətə çatdırdı. Müstəqilliyinin ilk illərindən Azərbaycan Respublikası ilə Misir arasında mehriban dostluq münasibətləri və sıx əlaqələrin formalaşdığını qeyd edən Ş.Abdullayev hal-hazırda iki dövlət arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylər göstərildiyini vurğulamışdır. Mühazirədən sonra, Səfir Ş.Abdullayev Ermənistan-Azərbaycan münaqişəsi, Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti, Xəzər dənizinin hüquqi statusu və Azərbaycanın İsrail-Fələstin münaqişəsinə dair mövqeyi barədə Universitetin müəllim-tələbə kollektivinin çoxsaylı suallarını cavablandırmışdır. Mühazirə çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafı, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı faciəsini əks etdirən film nümayiş etdirilmiş və universitetin tələbələrinə Azərbaycan, Qarabağ həqiqətləri və Xocalı faciəsi haqqında kitab və digər çap materialları verilmişdir. Qeyd edək ki, dekabr 20-də də səfir Ş.Abdullayevin Misirin Nil xəbər peyk telekanalında 30 dəqiqəlik canlı müsahibəsi efirə getmişdir. Verilişdə 2000-2003-cü illərdə Misirin Bakıdakı Mədəniyyət mərkəzinin direktoru olmuş Saleh Məşəl də iştirak etmişdir. Verilişdə çıxış edən Səfir Ş.Abdullayev Azərbaycanın zəngin tarixi irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, adət-ənənələri, Azərbaycan xalqının ərəb-İslam dünyası ilə tarixi əlaqələri barədə ətraflı məlumat vermişdir. Azərbaycanda sənayenin və neft sektorunun inkişafı barəsində danışan Səfir Ş.Abdullayev dünyada sənaye üsulu ilə neftin ilk dəfə Azərbaycanda çıxarıldığı, artıq XİX əsrin sonlarında dünyanın sənaye maqnatlarının, o cümlədən Nobel qardaşlarının Azərbaycanda fəaliyyət göstərdiyi, XX yüzilliyin əvvəlində neft istehsalına görə Azərbaycanın dünyada birinci yer tutduğunu qeyd etmişdir. SSRİ-in dağılması ilə Azərbaycanın müstəqillik dövrünə qədəm qoyduğunu bildirən Səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır fəsadları, BMT TŞ və BMT Baş assambleyasının qətnamələri, İKT, ATƏT, Avropa Şurası Parlament assambleyası və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər barəsində geniş danışmışdır. Müstəqilliyi əldə etmək kimi onu möhkəmləndirməyin və qoruyub yaşatmağın çətin bir iş olduğunun fərqinə varan Səfir müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi siyasi çətinliklər və gərginliklərin fonunda Azərbaycan xalqının hakimiyyətə yenidən qayıtmaq üçün israrla Heydər Əliyevə müraciət etdiyini vurğulamışdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri arxada qoyaraq, davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Səfir Azərbaycanda mərkəzi hakimiyyətin gücləndiyi, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi, demokratikləşmə prosesinin başlandığı, Azərbaycanın yeni Neft strategiyasının əsasının qoyulduğu və ?Əsrin müqaviləsi?nin imzalandığı kimi əsas məqamları diqqətə çəkmişdir. Səfir Ş.Abdullayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinə sadiq qalaraq, Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu qeyd edərək, bu gün Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini bildirmişdir. Saleh Məşəl Bakıda işlədiyi dövrləri xoş təəssüratlarla xatırladığını qeyd edərək, Azərbaycan xalqının zəngin mədəni irsi, tarixi keçmişi, Misir ilə tarixi əlaqələri və Azərbaycan xalqının yüksək əxlaqı keyfiyyətləri barəsində danışmışdır. Veriliş çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, memarlıq abidləri, iqtisadiyyatı haqqında televiziya tamaşaçılarına maraqlı video süjetlər də nümayiş etdirilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:48 03.05.2025

Hərbçimiz vəfat edib

18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir