Milli Məclisin 1-ci vitse-spikerindən Rusiyaya sərt ittiham

img

23-12-2010 [01:43]


"Dəfələrlə qeyd etmişik və bu gün də bəyan edirəm ki, torpaqların azad olunması günü çox uzaqda deyil. Siz bunun şahidi olacaqsınız. Bu gün dünyada siyasi və hərbi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə dəyişir". Bunu Milli Məclisin 1-ci vitse-spikeri Ziyafət Əsgərov deyib. O, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunacağı günün çox uzaqda olmadığını bəyan edib. Z.Əsgərov deyib ki, Dağlıq Qarabağda gedən müharibənin yalnız birinci mərhələsi bitib: "Müvəqqəti olaraq Ermənistan qoşunlarının Dağlıq Qarabağ və ona bitişik ərazilərdə yerləşdirilməsi müharibəni udmaq mənasına gəlmir. Bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır?. 1-ci vitse-spikeri deyib ki, sülh missiyasını üzərinə götürən Rusiyanın Ermənistanı silahlandırması onun sülhyaratma missiyasına xələl gətirir. ?Çox təəssüf edirəm ki, münaqişənin sülh yolu ilə həll edilməsi missiyasını öz üzərinə götürmüş həmsədr ölkələrdən biri olan Rusiya yenə də Ermənistanı silahlandırır. Dəfələrlə demişik ki, Rusiyanın Ermənistanı silahlandırmasının qarşısı alınmalıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan ordusu hərbi yolla torpaqlarımızı işğaldan azad etməyə qadirdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA