Azərbaycan Sayokan Komandası Dünya çempionatından 5 medal ilə qayıtdı

img

21-12-2010 [12:13]


Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Yıgma Komandası 13-17 dekabr 2010-cu ildə WOF-Dünya Oriental-Döyüş İdman federasiyasının Türkiyənin Antalya şəhərində təşkil etdiyi Dünya Çempionatında iştirak edərək 5 medalla geri döndü. Çempionat Antalyanın ən böyük idman sarayı olan "Kəpəz Spor Salonu"nda keçirildi. Bu Dünya çemponatında Azərbaycan Sayokan Komandası Vasif Namazovun rəhbərliyi altında, Allahverdi Zamanov 85 kq 3-ci yer, Tural Rəhimov 68 kq 2-ci yer, Anar Əliyev 64 kq 2-ci yer, Vüsal Əliyev 58 kq 3-cü yer, və Emin Əliyev 54 kq 2 yerə layiq oldu. Vasif Namazov, Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Prezidenti: " Bizim komandamız bu döyüş təlimi üzrə ilk dəfə idi ki tanış olurdu. Buna baxmayaraq idmançılarımızda olan ruh yüksəkliyi öz bəhrəsini verdi, biz vətənə 5 medalla qayıtdıq. Sayokan idçamçıları bu cür müxtəlif yarışlarda iştirak edərək həm ölkəmizin həmdə öz döyüş sənətimiz olan Sayokan döyüş təliminin gücünü nümayiş etdirməkdə davam edəcək. Növbəti yarışımız fervar ayında Rusiyada olacaq. ?

Digər xəbərlər
SON XƏBƏRLƏR