Sahil Babayevdən daha bir - Təyinat

img

29-12-2025 [16:44]


Maliyyə Nazirliyinin Abşeron-Xızı Regional Maliyyə İdarəsinin qanuni təmsilçisi dəyişib.

Məlumata görə, idarəyə rəhbərlik edən Məmmədov Bəhruz Məmməd oğlunu Orxan Məmişzadə əvəz edib.

Orxan Məmişzadə bundan əvvəl Maliyyə Nazirliyinin Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinin qanuni təmsilçisi olub.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinin qanuni təmsilçisi vəzifəsinə isə Mülkədarov Nurlan Qələndar oğlu gətirilib.

Hər iki təyinatla bağlı nazir Sahil Babayev müvafiq əmrlər imzalayıb(qaynarinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA