Şimali Koreya bölgədə gərginlik yaradıb - Yeni uzaqmənzilli raketlər sınaqdan keçirilib

img

29-12-2025 [10:08]


Şimali Koreya ordusu dənizdə yeni uzunmənzilli strateji kruiz raketlərini növbəti dəfə sınaqdan çıxarıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkə rəhbərliyi bunu hərbi qüvvələrin döyüş hazırlığını və hücum qabiliyyətlərini yoxlamaqla əlaqələndiriblər.

Bildirilib ki, məqsəd həm də yeni raketlərin manevr qabiliyyətini sınaqdan keçirmək və əsas strateji silah sistemi kimi etibarlılığını qiymətləndirmək olub: "Raketlər əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə hədəflərini uğurla vurub..."

Məlumatda deylir ki, təlimə şəxsən Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib və o, nəticələrdən çox razı qalıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA