ATƏT Azərbaycan və Ermənistan qozunlarının təmas xəttində monitorinq keçirəcək

ATƏT Azərbaycan və Ermənistan qozunlarının təmas xəttində monitorinq keçirəcək

CƏMİYYƏT

13.12.2010, 02:04

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 14-də Qazax rayonunun Kəmərli kəndinin qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Jaslan Nurtazin keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Xristo Xristov və Uilyam Praroy keçirəcəklər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR