Tünzalə Ağayeva ?ən vətənpərvər və ictimai mədəniyyət xadimi? oldu

img

13-12-2010 [01:56]


"Qızılbaş? Gəncləri Maarifləndirmə İctimai Birliyi ?ən vətənpərvər və ictimai mədəniyyət xadimi? mövzusunda keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Bu barədə MİA-ya təşkilatın koordinatoru Mirmehdi İbişov məlumat verib. Onun sözlərinə görə, sorğu Füzuli, Beyləqan və Xocavənd rayonları ərazisində keçirilib. Sorğuda 2500-ə qədər respondent iştirak edib. Sorğunun bütün iştirakçılarına anketlər paylanılıb və onlar suala müvafiq olaraq cavab veriblər. Sorğunun nəticələrinə görə isə əməkdar artist Tünzalə Ağayeva birinci yeri tutub. M. İbişov bildirib ki, dekabrın 27-də Füzuli rayonunda xalq artistinə fəxri diplomun təqdimetmə mərasimi keçiriləcək. Qayıdış qəsəbəsində təşkil olunacaq mərasimdə T. Ağayevanın konsert proqramı ilə çıxış etməsi də planlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA