VIP hicabın müdafiəsinə qalxdı

VIP hicabın müdafiəsinə qalxdı

CƏMİYYƏT

13.12.2010, 12:52

Vətəndaş və İnkişaf Partiyası təhsil müəssisələrində hicabın qadağan olunmasına etiraz edən bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyətinin xüsusilə son həftələrdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan vicdan və özünüifadə azadlığını məhdudlaşdırmağa yönəlik addımları cəmiyyətdə mövcud olan gərginliyi bir qədər də artıb. Ölkə vətəndaşlarının vicdan azadlığı məsələsinə konstitusion təminatın olmasına baxmayaraq, partiya hakimiyyət müsəlman dövləti olan Azərbaycanda insanların dini inanclarına nümayişkaranə sayğısızlıq göstərildiyini qeyd edib. ?2009-cu ildə ?İslam mədəniyyətinin paytaxtı? elan edilmiş Bakıda və ölkənin bir sıra bölgələrində fəaliyyət göstərən məscidlərin əsassız iddialarla qapadılmasından sonra hakimiyyət indi də təhsil müəssisələrində ?hicab qadağası? tətbiq etməklə, vətəndaşların dini hisslərini sınağa çəkir. Artıq bir neçə gündür ki, hicablı şagird və tələbələr dərsə buraxılmır, onların dini etiqad azadlığı boğulur və təhsil hüquqları pozulur. Eyni zamanda, bir çox hallarda hicabdan istifadə edən müəllimlər və dövlət müəssisələrində çalışan dindar qulluqçular da ciddi təzyiqlərlə üzləşirlər. Vurğulanan tendensiyanın davam etməsi yaxın gələcəkdə ?hicab qadağası?nın orta və ali məktəb müəllimlərinə, dövlət qulluqçularına da şamil olunacağını söyləməyə əsas verir. Bu isə o deməkdir ki, hakimiyyətin vicdan azadlığına belə açıq sayğısızlığı artıq dövlət siyasətinə çevrilməkdədir. Hakimiyyətin yol verdiyi bu qanunsuzluq cəmiyyətin haqlı narazılığı ilə qarşılanıb və dindar vətəndaşların məlum qərara təpkisi ciddi etiraz aksiyaları ilə ifadə olunur. Hadisələrin bu məcrada mümkün inkişafının arzuedilməz nəticələr doğuracağı qətiyyən istisna edilmir və bu səbəbdən, qeyd olunan narahatlıq daha da güclənir. Vətəndaş və İnkişaf Partiyası (VİP) ölkə hakimiyyətindən vicdan azadlığının boğulmasına istiqamətlənmiş fəaliyyətini təcili olaraq dayandırmağı və cəmiyyətdə süni gərginlik yaradan addımlardan çəkinməyi tələb edir?.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR