Azad Rəhimov Avropa Şurası Nazirlər Komitəsinin iclasında iztirak edib

img

11-12-2010 [04:59]


Fransanın Strasburq şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 1101-ci iclası keçirilib. İclasda idman sahəsində Genişləndirilmiş Hissəvi Sazişlə (EPAS) bağlı fəaliyyətlər, Ümümdünya Antidopinq Agentliyi ilə münasibətlər, Avropa Şurası (AŞ) ilə Avropa Ittifaqı (Aİ) arasında idman sahəsində əməkdaşlıq məsələləri, eyni zamanda 22 sentyabr 2010-cu il tarixində Bakı şəhərində Avropa Şurası İdmana məsul Nazirlərin 18-ci konfransının yekunları ilə bağlı müzakirələr aparılıb. Azərbaycan Gənclər və İdman Nazirliyindən MİA-ya verilən məlumata görə, Avropa Şurasının Baş Katibinin Bakıda keçirilmiş AŞ İdmana məsul Nazirlərin 18-ci Qeyri-formal Konfransının yekunlarına dair hesabatı təqdim edilib. Tədbirə xüsusi olaraq dəvət olunmuş Gənclər və İdman naziri Azad Rəhimov öz çıxışında Azərbaycanın AŞ-ya üzv olduğu 10 il müddətində gənclər və idman sahəsində əməkdaşlığın uğurla inkişaf etdirildiyini, ölkəmizdə AŞ dəyərlərinin idman sahəsində həyata keçirilməsini dəstəkləyən Avropa İdman Xartiyası və digər tövsiyyələrinə əməl edildiyini vurğulayıb. Həmçinin, Azad Rəhimov Azərbaycanın AŞ-nın idman sahəsindəki hər iki konvensiyasına qoşulduğunu və onlara əməl olunduğu da vurğulayıb. Səfər zamanı azərbaycanlı nazir Avropa Şurası baş katibinin müavini M.De Bur-Bukkikio, təhsil, mədəniyyət və irs, gənclər və idman üzrə baş direktoru Q.Battiani-Draqoni, gənclər və idman üzrə direktoru R.Vayngartner ilə görüşlər keçirib və AŞ Gənclər Mərkəzi ilə yaxından tanış olub. Eyni zamanda AŞ ilə ölkəmizin gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirəyə çıxarılıb. AŞ rəsmiləri ölkəmizdə həyata keçirilən gənclər və idman proqramlarında AŞ dəyərlərinin gözlənilməsi baxımından böyük uğurlar əldə olunmasını qeyd edik. AŞ baş katibinin adından Azad Rəhimovun şərəfinə şam yeməyi verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA