Bakıda ingiltərəli rəssamın əsərləri sərgiləndi

img

08-12-2010 [05:25]


Bakı sakinləri və şəhərimizin qonaqları əcnəbi rəssam Sara Nill Consun timsalında İngəltərə təsviri sənəti ilə tanış olub. Müasir İncəsənət Mərkəzində ingiltərəli firça ustasının əl işlərindən ibarət sərgi təşkil edilib. Ekspozisiyada Sara Nill Cons 20-dən çox əl işini nümayiş etdirib. Abstrakt üslubda işlənmiş rəsm əsərləri mövzu və janr baxımından bir-birindən fərqlənir. Sara Nill Cons reallıq anlayışını obrazlı ifadə etməyə o qədər də meyl etmir. O, həyatı, mövcudluğu emosiyalarının diktəsi və ruhi vəziyətinin vasitəsilə ifadə edir. Sara Nill Cons Bakıda ilk sərgisi olduğunu deyib: "Norveç və Almaniyanın bir çox şəhərlərində, eləcə də London, Parisdə sərgilərim keçirilib. Mənim əsərlərimin əksəriyyətinin mövzusu elə yaradıcı prosesdə meydana gəlir. Şüuraltı yaddaşımın köməyi ilə dərk etdiklərimi kömürlə kağız üzərinə köçürürəm. İdeyalarımın əksəriyətini də tamaşaçı yozumuna buraxıram və əminəm ki, bura gələnlər də məni anlayacaq. Çünki siz yəqin ki, ölkənizin istedadlı rəssamlarının yaradıcılığı ilə tanışsınız. Buna görə də Azərbaycanda olmağıma çox şadam". Sara Nill Cons rəsm əsərlərindəki maddi mövcudluğun gerçəkliyini elə şəkildə ifadə edir ki, sanki tamaşaçı həmin obyektlə qarşılıqlı təmasda olur. Onun əl işlərinin mövzusu dərk edilmiş reallıqlar və qəbul edilmiş həqiqətlər arasındakı bağlılığı əks etdirir. Rəssamlar İttifaqinin sədri Fərhad Xəlilov rəssamların da ayrıca bir xalq olduğunu deyir: "Rəssamlıqda dil yoxdur. Onlar elə əsərləri ilə bir-birilərini anlayırlar. Sara xanımın əsərləri də müasir dildə danışan nümunələrdir". İngiltərəli firça ustası əsərlərində ölkəsinin klassik rəssamlıq ənənələrini qorumaqla yeni üslub yaradır. Sara Nill Consun əl işləri Londonun məşhur muzeyləri və qalereyalarını bəzəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA