Filipp Kirkorov ictimai Televiziyanın əməkdazını sürüdü

img

07-12-2010 [02:11]


İctimaiyyət Rusiyanın xalq artisti Filipp Kirkorovun rostovlu jurnalist xanımı hamının qarşısında təhqir etdiyi "çəhrayı köynək" tarixçəsini unutmağa macal tapmamış, müğənninin adı yeni qalmaqalda hallanır. Zərərçəkmişim sözlərinə görə, bu dəfə o, söyüşlə kifayətlənməyib, yumruqlarını işə salıb. İnsident ötən şənbə, "Qızıl qrammafon"un Kreml Sarayında aparılan çəkilişlərində baş verib. Məşq zamanı həddindən artıq işıqlandırılma Kirkorovu qəzəbləndirib və o, Rusiyanın ictimai kanalının rejissoru, texniki təchizata cavabdeh olan Marina Yablokovanı təhqir etməyə başlayıb. Zərərşəkmişin vəkili Sergey Jorinin sözlərinə görə, Yablokova sakitcə Kirkorovdan işığın qaydaya salınmasını gözləməyi xahiş etdikdə, Kirkorov mikrofonla senzuradan kənar söyüşlər yağdırıb. Bu zaman Marina hiddətlənib və Filipdən onu təhqir etməyi dayandırmağı tələb edib. Filip isə "Mən səni öldürəcəm!" deyə qışqıraraq onun üstünə cumub və əli ilə sifətinə zərbə endirib. Bədəncə Kirkorovdan iki dəfə balaca miniatür bədən quruluşlu Yablokova kənara "uçub". Filip bundan sonra onun saçından tutub, səhnəyə sürüyərək təpikləyib. Lifenews.ru. saytının yazdığına görə, bütün bunlar meydançanın administiratorlarının və yerlərindən tərpənmədən sakitcə şeflərini müşahidə edən çoxsaylı mühafizəçilərin gözü qarşısında baş verib. Vəkilin sözlərinə görə, Yablokova hücuma məruz qaldıqdan sonra huşunu itirib. Həkimlər onda qançırlar və beyin silkələnməsi olduğunu təsdiqləyiblər. "Mən heç nə edə bilmədim. O, təpiklə mənim qarnımı və boynumu vururdu. Ertəsi gün işə güclə gəldim. Bədənimdə dəhşətli qançırlar var, qabırğalarım ağrayır", deyə zərərçəkmiş bildirib. Vəkil Jorinin sözlərinə görə, Marina mənəvi şok keçirib, hamının yanında onunla belə rəftar olunduğuna görə həmkarlarından utanır: "Kirkorov bu situasiyada növbəti dəfə ədəbsiz davranışını nümayiş etdirib, çünki onun qadını təhqir etməsi birinci hal deyil. Onun mühafizəçiləri də bir neçə döyülmə hadisəsində ittiham olunurlar". Marina Yablokova artıq "Sağlamlığa yüngül xəsarət yetirmə" və "Təhqiretmə" maddələri ilə bağlı cinayət işinin qaldırılması üçün hüquq mühafizə orqanlarına müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA