Yazar Nurinin səhhətində irəliləyiz müzahidə olunur

img

01-12-2010 [12:37]


Azərbaycanın xalq artisti, Türkiyənin Memorial xəstəxanasında müalicə olunan Yaşar Nurinin səhhətində ləng də olsa, irəliləyiş müşahidə olunur. Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın ANS-ə verdiyi məlumata görə, indi xəstənin vəziyyəti çox ağır yox, orta ağır kimi qiymətləndirilir: "Həkimlərin dediyinə görə, müalicə asta-asta effektini göstərir. Reanimasiyada olduğuna görə onun müalicəsi ancaq dərmanlarla sistemə qoşulmuş halda müalicə olunur. Yaşar palataya köçürülsə, mən onda deyərəm ki, müalicə işinin yarısı həll olunub. Həkim deyir ki, müalicəsi biz istədiymiz kimi gedir. Əgər biz istədiymiz kimi getsə, tezliklə palataya köçürülə bilər. Əvvəl deyirdilər ki, vəziyyəti çox ağırdır. İndi isə sadəcə deyirlər ki, sakitləşmə dövrüdür, orta vəziyyətə gəlib çatıb. Mən gedirəm yanına, baxıram, söhbət etmək istəyirəm. Ancaq onu yormaq istəmirəm. Gərək bir az da toparlansın ki, onunla nə isə danışa bilim. Hər gün iki - üç dəfə yanına girib çıxıram". Xatırladaq ki, noyabrın 6-da axşam saatlarında səhhəti pisləşən xalq artisti 3 gün Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə alıb. Xalq artistinə hipertonik-krizis diaqnozu qoyulmuşdu. Yaşar Nuri 9 noyabrda axşam saat 20:00 radələrində xüsusi təyyarədə İstanbul Memorial Xəstəxanasının həkimlərinin müşayiəti ilə Türkiyəyə aparılıb. Aktyora 2008-ci ilin may ayında Türkiyədə qaraciyər tranplantasiyası edilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA