Opera və Balet Teatrında L.Minkusun ?Don Kixot? baleti göstərilib

img

30-11-2010 [01:16]


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun ?Don Kixot? baleti göstərilib. Tamaşada Rusiya Akademik Böyük Teatrının solistləri ? balet artistlərinin Moskva beynəlxalq müsabiqəsinin qızıl medalı və birinci mükafatının sahibi (2005-ci il) Çinarə Əlizadə və Böyük Teatrın solisti, balet artistlərinin ?Vaganova-prix? beynəlxalq müsabiqəsinin qızıl medal və birinci mükafatının (2002-ci il) və Sankt-Peterburqun ?Qızıl sofit? Ali teatr mükafatının sahibi (2008-ci il) Mixail Lobuxin çıxış ediblər. Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tamaşa baletsevərlərin böyük marağına səbəb olmuş və anşlaqla keçmişdir. Tamaşadan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri, Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva demişdir: ?Bugünkü tamaşa çox yüksək professional səviyyədə keçmişdir. Həmyerlimiz Çinarə Əlizadə balet artisti kimi qeyri-adi göstəricilərə malikdir ? nadir plastika, temperament, artistizm və əlbəttə ki, professional məktəb. Biz hamımız onu teatrımızın səhnəsində görməyə çox şadıq, hesab edirik ki, bir balet artisti kimi gələcəkdə o ustalığını daha da təkmilləşdirəcəkdir. Teatrımızın rəhbərliyinin Ç.Əlizadə ilə yaradıcılıq əlaqələri qurması və onu teatrımızda çıxış etmək üçün dəvət etməsi çox əhəmiyyətlidir. Böyük Teatrın solisti Mixail Lobuxinin çıxışını xüsusi olaraq qeyd etmək istərdim. O, nadir plastikası, yüksək texnikası və artistizmi ilə diqqəti cəlb edirdi və sözün həqiqi mənasında onu rus klassik baletinin ulduzu hesab etmək olar. Qastrolçuların solo ifaları zamanı zaldan eşidilən gurultulu alqış sədaları M.Lobuxinin yüksək professional səviyyəsini bir daha sübut etmişdir. Bugünkü tamaşada balet truppamızın çıxışı da məni qane etdi. Onlar həmişə olduğu kimi bu dəfə də öz partiyalarını dəqiqliklə və sinxron şəkildə ifa edirdilər. İnamla demək olar ki, bugünkü tamaşanın balet sənətinin əsil bayramına çevrilməsində bizim artistlərin də böyük əməyi vardır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA