Mübariz ibrahimova həsr edilmiz musiqili tamaza göstərildi

img

26-11-2010 [03:44]


?AZ i YA film ? prodüser stuliyasının təşəbbüsü ilə dünən Bakı Əyləncə Mərkəzində ?Sevgi qurbanı? adlı musiqili tamaşa göstərildi. Öncə ?AZ i YA film?in baş prodüseri Bəybala Mirzəyev çıxış edərək bildirdi ki, müqəddəs Qurban bayramına və şəhid əsgərimiz Mübariz İbrahimova həsr edilən bu tamaşa ?Bir sevgi? silsiləsindən ikinci tədbirləridir: ?Sentyabrın 10-da Dövlət Filarmoniyasında biz Ramazan bayramı münasibətilə ?İnsanlara ərmağan? adlı konsert təşkil etmişdik. Biz bu növ maarifləndirici xarakter daşıyan tədbirlərimizə geniş kütlənin cəlb edilməsinə çalışırıq?. Daha sonra çıxış edən yazıçı-publisist Seyran Səxavət bu kimi tədbirlərin vacibliyini vurğulayaraq bütün kişilərimizə Mübariz kimi döyüş ruhlu, vətəninə və Allaha bağlı olmağı arzu etdi. Nəzərinizə çatdıraq ki, sözügedən tamaşa ?Artist? Kino Şirkətinin rəhbəri, gənc və istedadlı rejissor Samir Qulamovun quruluşunda səhnələşdirilib. Elə baş rolları da bu şirkətin aktyorları oynayırdılar. Mübariz İbraihimiovun özünü vətən yolunda fəda etməsi ilə İbrahim peyğəmbərin oğlu İsmayılı Allaha qurban etməsi arasında paralelləri diqqətə çatdıran tamaşada ilahi mahnıların mahir ifaçısı Samir Salama da xüsusi yer ayrılmışdlı. Onun ifa etdiyi mahnılar tamaşaçıların ürəklərini oxşadı. Yeri gəlmişkən, o, tamaşaın ssenarisinin yazılmasında da yaxından iştirak edib. Konsertdə Vüsalə Məmmədovanın rəhbərlik etdiyi Uşaq Dualar qrupunun çıxışı da tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Samir Salam tamaşanın sonunda ?Azərbaycan? mahnısını ifa edərkən bütün tamaşaçılar ayağa qalxaraq onu və səhnədəkiləri gurultulu alqışlara qərq etdilər. Pərdə enəndən soonra bir çox tamaşaçılar onunla, xüsusilə də Mübariz İbrahimovun rolunu canlandıran aktyorla şəkil çəkdirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA