Əbülfəs Qarayev: "Heç kim bizim sənət nümunələrini mənimsəyə, oğurlaya, özününküləzdirə bilməz"

img

24-11-2010 [03:48]


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, bu, bizim üçün yeni imkanlar açır və olduqca böyük tarixi hadisədir: "Əldə edilmiş nəticə Azərbaycan xalçalarının toxunulmazlığına, bu sənətin inkişafına, xalçaçılıq məktəblərinin tanınmasına təkan verəcəkdir. Bu, bir daha sübut edir ki, Azərbaycan xalçaçılıq məktəbi mövcuddur, dünya tərəfindən tanınır və heç kim bu sənət nümunələrini mənimsəyə, oğurlaya, özününküləşdirə bilməz". Nazir onu da bildirib ki, ötən illərdə Azərbaycan muğam sənəti, aşıq sənəti və Novruz bayramı da həmin Reprezentativ siyahıya daxil edilib. "YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında bizi daha çox narahat edən məsələlərdən biri Ermənistan tərəfinin xaç daşların reprezentativ siyahıya daxil edilməsi ilə bağlı apardığı işlər idi. Azərbaycan tərəfinin qəti ehtirazlarını nəzərə alan YUNESKO-nun müvafiq qurumları bu məsələyə düzgün qiymət vermişlər. Onların bir daha diqqətinə çatdırılmışdır ki, bu daşlar qədim alban xalqına məxsusdur və ermənilər bu tarixi mənimsəmək və özününküləşdirmək niyyətindədirlər"- deyə Ə.Qarayev vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA