Bakıda ?Qafqaz qartalının uçuzu? filminin təqdimatı keçiriləcək

img

24-11-2010 [03:23]


Noyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində ?Salnamə? və Sankt-Peterburqun ?Lennauçfilm? studiyalarının birgə istehsal etdikləri ?Qafqaz qartalının uçuşu? sənədli filminin təqdimatı keçiriləcək. Film II Dünya Müharibəsi illərində Leninqradın müdafiəsi zamanı qəhrəmancasına döyüşən azərbaycanlı hərbi pilot Hüseynbala Əliyevə həsr olunub. Tədbirdə filmin yaradıcı qrupunun üzvləri, o cümlədən rusiyalı qonaqlar da iştirak edəcəklər. Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüserləri Böyükağa Məmmədov və Vladimir Bajindir. Xatırladaq ki, yeni ekran əsərinin təqdimat mərasimi bundan əvvəl Sankt-Peterburqda keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA