Azərbaycan prezidenti Polzanın iqtisadiyyat nazirini qəbul edib

Azərbaycan prezidenti Polzanın iqtisadiyyat nazirini qəbul edib

İQTİSADİYYAT

24.11.2010, 01:25

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Polşa Respublikası baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Valdemar Pavlyakın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirib. Bakıda keçirilən Azərbaycan-Polşa hökumətlərarası birgə komissiyanın iclasına toxunan prezident İlham Əliyev deyib ki, bu iclas münasibətlərimizin inkişaf etdirilməsi ilə bağlı qarşıda duran məsələlərə yenidən baxmaq üçün yaxşı fürsət yaradacaq. Dövlət başçısı fəal əməkdaşlığımızın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Öz növbəsində qonaq Azərbaycan prezidentinin Polşaya rəsmi səfərini və səfər zamanı onunla görüşünü məmnunluqla xatırladaraq, Polşa-Azərbaycan hökumətlərarası birgə komissiyanın iclasının əməkdaşlığımızın daha da genişləndirilməsi işinə yeni təkan verəcəyini vurğulayıb. İş adamlarının qarşılıqlı fəaliyyəti üçün lazım olan sahələrin müəyyən edilməsinin zəruriliyini qeyd edən iqtisadiyyat naziri Polşanın özəl biznes nümayəndələrinin Azərbaycanda böyük məmnuniyyətlə işləmək arzusunda olduqlarını deyib. Polşa iş adamlarının Bakıda keçiriləcək biznes-forumundan danışan prezident İlham Əliyev həmin tədbirdə Azərbaycanda həyata keçiriləcək layihələrlə bağlı məlumatların da təqdim ediləcəyini və bunun polşalı iş adamları üçün çox maraqlı olacağını bildirib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR