Qadınları fahizəliyə cəlb edən iki nəfər tutulub

img

24-11-2010 [01:23]


Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları qadınları fahişəliyə cəlb edən iki nəfəri yaxalayıb. DİN mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Əliyev və Bakı şəhər sakini Nuranə Quliyeva saxlanılıb. Onların gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri faktları müəyyən olunub. Hər iki fakt üzrə cinayət işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA