Naibə Allahverdiyeva 200 min dollarlıq əməliyyat keçirib

img

23-11-2010 [01:38]


Respublikanın əməkdar artisti, xalq arasında ?Tomka?, teatr aləmində isə ?Mono Liza? ləqəbiylə tanınan Naibə Allahverdiyevayla bağlı şok xəbərlər var. Aktrisanın yaxınlarının Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, o bu günlərdə iki əməliyat keçirmək niyyətindədir. Daha doğrusu, mənbəmiz bildirir ki, o artıq bu əməliyyatlardan birini keçirib: ?Naibənin uzun müddətdir ayağında problem olduğu məlumdur. Amma heç kim bilmir ki, o İsraildə bununla bağlı ağlasığmaz əməliyyat etdirib. Hətta buna görə bir müddət cəmiyyət arasına çıxmadı da?. Aldığımız məlumata görə, aktrisa bu əməliyatı İsraildə, özü də ağlasığmaz qiymətə-200 min dollara etdirib. Mənbəmiz bildirir ki, sözügedən məsəələnin maliyyə tərəflərini tanınmış iş adamlarından biri həll edib: ?Bəlkə də inanmayacaqsınız. Amma ona İsraildə başqa bir ayaq qoyulub. Diqqətlə baxanlar görə biləki, onlar azacıq da olsa bir-birindən fərqlənir. Bu iş adamı uzun müddətdir Ki, aktrisaya evlilik təklif edib. Amma nədənsə alınmayıb. Yenə də deyirəm ki, nadir ürək əməliyyatlarının həyata keçirildiyi bir zamanda bir Adama başhqa adamın ayağının qoyulması adidir. Sadəcə, Azərbaycanda hay-küylə qarşılanır. Əgər o bunu danacaqsa, efir vasitəsiylə, elə sizin sayt vasitəsiylə bunu sübut etsin?. Digər bir əməliyyatı isə aktrisa arıqlamaq məqsədiylə etdirmək istəyir. Bildirilənə görə, N.Allahverdiyeva bununla artıq esab etdiyi çəkisinin 10 kiloqramından azad olmaq niyyətindədir. Sonda onu da bildirək ki, əməkdar artistin gn yaxın çevrəsindən verilən bu məlumatı dəqiqləşdirməyə ehtiyac duymadıq. Çünki onunla bağlı əlimizə daha bir neçə maraqlı faktlar var ki, hələlik açıqlamaq istəmirik. İntiqam VALEHOĞLU

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA