?Unibank? ən yaxzı yazıçılara sponsorluq edəcək

img

23-11-2010 [12:01]


?Unibank? Mədəniyyət və Turizm nazirliyinin rəsmi dəstəyi ilə 2009-cu ildə ?Əli və Nino? Nəşriyyat evi tərəfindən təsis olunan Milli Kitab Mükafatının (MKM) rəsmi sponsoru olub. Bankdan MİA-a verilən məlumata görə, hər il ən yaxşı ədəbiyyat əsərlərin müəlliflərinin təltif edildiyi bu layihənin sponsoru olaraq, bank müasir Azərbaycan ədəbiyyatının inkişafına əhəmiyyətli pay verə biləcək bütün yazıçılara dəstək vermək niyyətindədir. MKM-ın sponsorları tərəfindən ayrılan vəsait ən yaxşı müəlliflərin dəstəklənməsinə və onların əsərlərinin dərc edilməsinə xərclənəcək. ?Əminəm ki, uğurlu biznes təkcə gəlirin əldə edilməsi deyil, həm də vətəndaşlar və bütövlükdə cəmiyyət qarşısında məsuliyyətdir. Məhz buna görə biz, korporativ təsisatlar arasında ilk cərgədə Milli Kitab Mükafatı layihəsini dəstəklədik?, - deyə ?Unibank? ASC İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib. Mükafatın təsisçisi Nigar Köçərli isə hesab edir ki, ?Unibank? kimi iri bankların milli ədəbiyyatı dəstəkləməsi və sponsorluğu təqdirəlayiqdir. Onun fikrincə, ?Unibank?ın və layihənin digər sponsorlarının maliyyə köməyi ilə, yazıçıların dəstəklənməsi ənənəsinin davam etdirilməsi Azərbaycan ədəbiyyatının inkişafı üçün əhəmiyyətli addım olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA