Balaca Yasin ?Vətənini? təqdim etdi

img

19-11-2010 [03:25]


10 yaşlı Yasin ilk dəfə mətbuat qarşısına çıxaraq, sözləri Vahid Əzizə, musiqisi İlham Abdullayevə məxsus ?Vətənim? adlı mahnıya çəkilmiş klipini təqdim etdi. Müçtəqil İnformasiya Agentliyinin xəbərinə görə, rejissor Sirac Mustafayevin çəkdiyi bu klipdə Yasin əlaçı, idmançı, bir sözlə, gələcəyin layiqli Vətən oğlu kimi göstərilib. Klipdə əməkdar artist Səidə Quliyeva onun anası rolunda çəkilib. İctimai Televiziya və ?Biz? prodakşnın dəstəyilə ərsəyə gətirilən klipin çəkilməsinin başlıca məqsədi vətənpərvərliyi azyaşlı uşaqlar arasında da təbliğ etməkdir. Əməkdar artist Samir Cəfərov, Rauf Babayev və Samir Qasımovdan dərslər almış balaca Yasin bir neçə müsabiqədə mükafata layiq görülüb. Bu yaxınlarda isə o, Türkiyədə Yalova festivalında uğurla çıxış edib. Hazırda Yasin Rauf Babayevin rəhbərlik etdyii Bəri bax qrupunun solistidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA