?AZ i YA? film sevgi qurbanı verəcək

img

12-11-2010 [03:26]


?AZ i YA film ? prodüser stuliyasının təmsilçiləri mətbuat nümayəndələrini bir araya toplayaraq, onlara yaxın günlərdə tamaşaçılara təqdim etməyə hazırlaşdıqları ?Sevgi qurbanı? adlı musiqili tamaşa haqda ətraflı məlumat verdilər. ?AZ i YA film?in baş prodüseri Bəybala Mirzəyev bildirdi ki, müqəddəs Qurban bayramına və şəhid əsgərimiz Mübariz İbrahimova həsr edilən adıçəkilən tamaşa ?Bir sevgi? silsiləsindən ikinci tədbirləridir: ?Bundan əvvəl biz müsəlmanların digər möhtəşəm bayramına ? Ramazana həsr etdiyi ?İnsanlara ərmağan? adlı konsert təşkil etmişdik. Sentyabrın 10-da Dövlət Filarmoniyasında baş tutan bu konsertdə ölkənin tanınmış elm, mədəniyyət və incəsənət adamları qonaq qismində iştirak etmişdilər. Biz bu növ maarifləndirici xarakter daşıyan tədbirlərimizə geniş kütlənin cəlb edilməsinə çalışırıq. Hər iki tədbirin ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamovdur. Gənc olmasına baxmayaraq, o, çox istedadlıdır və artıq öz açdığı ?Atist? Kino Şirkətinə rəhbərlik edir. Ötən dəfəki kimi yeni tamaşamızda da ilahi mahnıların ifaçısı, müğənni Samir Salama xüsusi yer ayrılıb. Yeri gəlmişkən, o, tamaşaın ssenarisinin yazılmasında da yaxından iştirak edib. Ondan əlavə, konsertimizdə xanəndə Elbrus Niftəliyev, Vüsalə Məmmədovanın rəhbərlik etdiyi Uşaq Dualar qrupu da iştirak edəcəklər. Ümid edirik ki, tədbirimiz tamaşaçıların marağına səbəb olacaq?. Samir Salam və Samir Qulamov da öz növbələrində çıxış edərək, sözügedən layihənin gerçəkləşdirilməsində qarşıya çıxan çətinliklərdən söz açdılar və sponsorların mənəviyyatımıza xidmət edən bu kimi tədbirlərin maliyyələşdirilməsində maraqlı olmamasından gileyləndilər. Konsert-tamaşanın Gənc Tamaşaçılar Teatrında və ya Bakı Əyləncə Mərkəzinin ?Eliza? zalında keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA