Böyük Britaniyada Azərbaycan Mədəniyyəti Gecəsi keçiriləcək

img

11-11-2010 [03:22]


Noyabrın 13-də Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF), Azərbaycan Avropa Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə Böyük Britaniyanın Mançester şəhərində Azərbaycan Mədəniyyəti Gecəsi keçiriləcək. Tədbir dünyanın 111 ölkəsindən olan 3500 nəfər əcnəbi tələbəni özündə birləşdirən ?The İnternational Society? xeyriyyə təşkilatının qərargahında reallaşacaqdır. Mədəniyyət gecəsi Azərbaycanın zəngin mədəni irsinə, o cümlədən musiqisinə, rəqslərinə, mətbəxinə, təbiətinə və tarixinə həsr olunacaqdır. Tədbir iştirakçıları Azərbaycan haqqında geniş məlumatlar əldə edəcək, millli şirniyyat və yeməklərdən dadacaq, həmçinin milli rəqslərlə tanış olacaq, müxtəlif hədiyyələr qazanmaq şansı əldə edəcəklər. Bu tədbir həm də Mançesterdə ilk Azərbaycan cəmiyyətinin yaradılması ilə yadda qalacaqdır. Qeyd edək ki, cəmiyyət artıq qeydiyyatdan keçmişdir və bu tədbirdə təqdim olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA