Yazar Nurini müalicəsini davam etdirilmək üçün Türkiyəyə aparılıb

img

09-11-2010 [02:53]


Xalq artisti Yaşar Nurinin müalicəsi Türkiyədə davam etdiriləcək. Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyev ANS PRESS-ə açıqlamasında türkiyəli həkimlərin bu qərara gəldiklərini bildirib: "Bu gün axşam, ya da sabah səhər saatlarında Yaşar Nurini İstanbula yola salacağıq. Yaşar müəllim müalicəsinin Türkiyədə, ?Memorial? xəstəxanada davam etdirilməsinə qərar vermişik. Texniki məsələlər tezliklə həll olunsa, xəstə böyük ehtimalla bu gün axşam yola düşəcək". Rauf Cəfərquliyev xalq artistinin müalicəsi üçün Kliniki Tibbi Mərkəzdə hər bir şəraitin olduğunu qeyd edir: "Xəstənin Türkiyəyə aparılmasının səbəbi onun qaraciyəri ilə əlaqədardır. 2 il öncə qaraciyər transplatasiyası Memorial xəstəxanada edildiyindən, müalicənin sözügedən xəstəxananın həkimlərinin nəzarəti altında davam etməsi daha məqsədəuyğundur. Çünki, qan təzyiqi istiqamətində aparılan müalicə proseduralarının bilavasitə qaraciyərə təsiri var". Qeyd edək ki, Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhəti noyabrın 6-da axşam saatlarında pisləşib. Aktyorun qonşularının ANS PRES-ə verdiyi məlumata görə, aktyor axşam saat 19:30 radələrində təcili yardım maşını ilə "Medi Club" Tibbi Mərkəzinə aparılıb. Sonradan Kliniki Tibbi Mərkəzə yerləşdirilən Azərbaycanın xalq artisti Yaşar Nuri hələ də xəstəxananın reanimasiya şöbəsindədir. Reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyevin xəstənin vəziyyətinin stabil olduğunu, intensiv proseduralar aparıldığından xəstənin yanına heç kimin buraxılmadığını bildirib. Həkimin sözlərinə görə Yaşar Nurinin huşu özündədir və həkimlər onunla normal təmasa girə bilirlər. Xatırladaq ki, aktyor 2008-ci ilin may ayında Türkiyədə qara ciyərindən əməliyyat olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA