Yazar Nurinin səhhəti pisləzib, huzsuz vəziyyətdə xəstəxanaya yerləzdirilib

img

06-11-2010 [08:29]


Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhəti pisləşib. Məlumata görə, bu gün axşam saat 19:30 radələrində Yaşar Nurinin səhhəti qəfildən pisləşib. Sənətçi təcili yardım maşını ilə "Medi Club" Tibbi Mərkəzinə aparılıb. Qonşunun sözlərinə görə, Yaşar Nuri xəstəxanaya aparılarkən huşu özündə olmayıb. Qeyd edək ki, aktyorun ailəsi ANS PRESS-ə məlumatı təsdiq ediblər. Onların sözlərinə görə, sənətçinin təzyiqi qalxıb, eyni zamanda orqanizmində müəyyən fəsadlar yaranıb. Hazırda həkimlər aktyorun səhhətində yaranmış problemi aradan qaldırılmağa çalışır. Xatırladaq ki, aktyor 2008-ci ilin may ayında Türkiyədə qara ciyərindən əməliyyat olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA