Rəzad Sadıqov "Fənərbaxça"ya qarzı oynayacaq

img

06-11-2010 [11:03]


Həmyerlimiz Rəşad Sadıqovun forma geydiyi Türkiyənin ?Eskişəhərspor? klubu bu gün Superliqada növbəti qarşılaşmasına çıxacaq. Qol.Az-ın məlumatına görə, ötən tur doğma azarkeşlər qarşısında "Ankaragücü"nün müqavimətini qıra bilməyən "Eskişəhərspor" bu gün İstanbulda ?Fənərbaxça? ilə qarşılaşacaq. Rəşad Sadıqovun forma geydiyi üç qarşılaşmada da meydandan xalla ayrılan ?Eskişəhərspor? çətin İstanbul səfərindən də başıuca dönmək istəyir. Sözügedən üç qarşılaşmanın ikisində qələbə qazanan, birində isə heç-heçəylə kifayətlənən Bülənt Uyğunun komandası bu dəfə ?Fənərbaxça? ilə səfər qarşılaşmasından xal qoparmağa çalışacaq. Rəşad Sadıqovun bu matçda da əsas heyətdə meydana çıxacağı gözlənilir. Xatırladaq ki, hazırda ?Eskişəhərspor?un 10 xalı var və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA