Zeynal Məmmədov: ?Vəziyyət çox acınacaqlıdır?

img

03-11-2010 [03:17]


"Hazırda komandamızda vəziyyət çox acınacaqlıdır?. Qol.Az-ın məlumatına görə, bu sözləri ?Bakı? klubunun vitse-prezidenti səlahiyyətlərini icra edən Zeynal Məmmədov söyləyib. Komandalarının Unibank Premyer Liqasındaki uğursuz çıxışlarına toxunan Z.Məmmədov futbolçulara hər bir şəraitin yaradıldığını deyib: ?Hazırda klubumuzun prezidenti Hafiz Məmmədov ölkə xaricindədir. Geri qayıtdıqdan sonra futbolçularla və baş məşqçi ilə görüşəcək". Vitse-prezident alman mütəxəssis Vinfrid Şeferin baş məşqçi vəzifəsində qalıb-qalmayacağına da aydınlıq gətirib: "Bu haqda qərarı yalnız klub prezidenti verir. Baş məşqçi bu uğursuzluqdan çox təsirlənib və özünü günahkar sayır." Qeyd edək ki, klub rəhbərliyinin alman məşqçiyə 2 oyun da şans verəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA