Roza Zərgərlinin sənətdən uzaqlazma səbəbi bilinib

img

02-11-2010 [06:47]


Müğənni Roza Zərgərlini sənətdən uzaqlaşdıran səbəb illər öncə övladlığa götürdüyü qız imiş. Müğənninin hamıdan gizlətdiyi səbəb bu günlərdə uşaq evində verdiyi xeyriyyə konsertindən sonra məlum olub. Orada Roza xanıma körpə qız uşağı yaxınlaşıb və ondan anası olmağını istəyib. Sənətçi bu təklif qarşısında özünü itirib və az sonra məkanı tərk edib. Müğənninin mətbuat katibi baş verən hadisəni belə izah edib: ?Roza xanım illər öncə, körpələr evindən 12 yaşlı başqa millətdən olan qızı rəsmən övladlığa götürərək ona müsəlman adı vermişdi. O, bu qızı öz övladı kimi qəbul edib, lazım olan təhsili də vermişdi. Lakin zaman keçdikcə qız öz valideynlərini tapmasını xahiş edir. Müğənni bu işdə qızına kömək olur. Anası ilə tanış olduqdan sonra qızda dəyişiklik baş verir. O, həm Roza xanıma, də onun doğma qızına sərt münasibət göstərir və bir gün evdəki qiymətli əşyalarla birlikdə doğma anasının yanına yollanır...? Mətbuat katibinin sözlərinə görə, bu hadisədən sonra Roza Zərgərli uzun müddət hamıya etibarını itirib, sənətdən və yaxın çevrəsindən uzaqlaşıb: ?Müğənni artıq bir neçə aydır ki, uzun fasilədən sonra həyat yoldaşının dəstəyi ilə yenidən yaradıcılığa qayıdıb. Lakin baş verən hadisə istər-istəməz onu keçmişə aparıb və yaşadığı xoşagəlməz hadisəni yada salıb... ?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA