Mərakezdə Azərbaycan Mədəniyyəti Günləri keçirilib

img

02-11-2010 [03:45]


Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Azərbaycanın Mərakeşdəki səfirliyindən verilən məlumata görə, mədəniyyət günlərinin açılış mərasimi Rabatdakı V Məhəmməd adına Milli Teatrda olub. Mərasimdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin başçılığı ilə nümayəndə heyəti, ölkəmizin Mərakeşdəki səfiri Sabir Ağabəyov, Mərakeşin Mədəniyyət Nazirliyinin baş katibi Məhəmməd Kuveyta, parlamentin sədri A.Radi, dövlət naziri M.Lainser, krallıqda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və bir çox tanınmış mədəniyyət xadimləri iştirak ediblər. M.Kuveyta Mərakeşdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, iki xalq arasında dostluq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyini vurğulayıb. Baş katib bildirib ki, bu, Azərbaycan ilə Mərakeş arasında müxtəlif sahələrdə mövcud əməkdaşlığın yeni perspektivlərinin açılmasına təkan verəcəkdir. Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ə.Vəliyev Mərakeşdə mədəniyyət günlərinin təşkilinin iki ölkənin hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 2008-ci ildə imzalanmış sazişə əsasən keçirildiyini vurğulayıb. Nazir müavini Azərbaycanın sərhəd tanımayan mədəniyyətinin qədim və tarixi köklərə malik olmasını, bu cür mədəniyyət günlərinin keçirilməsinin ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsinə xidmət etdiyini deyib. Ə.Vəliyev tədbir iştirakçılarını Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini görmək üçün ölkəmizə dəvət edib. Konsert proqramında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər Ağaverdi Paşayev) ?Arşın mal alan? operettasından parçalar səsləndirmiş, gənc xanəndələrin ifası dinlənilmiş, Yeganə Axundovanın pianoda, Səlim Abbasovun skripkada misilsiz ifaları isə gurultulu alqışlara səbəb olmuşdur. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu ?Koroğlu? operasından ?Cəngi?, Fikrət Əmirovun ?Min bir gecə baleti?ndən ?Şəhrizad? və Tofiq Quliyevin bəstələdiyi ?Cığatay rəqsi?, ?Yallı? rəqslərini nümayiş etdirmişdir. Tədbir çərçivəsində Azərbaycanın mədəni, tarixi yerlərini əks etdirən və tədbir iştirakçılarının böyük marağına səbəb olan 60-dan çox fotodan ibarət ?Azərbaycan? adlı sərgi də təşkil olunub. Azərbaycan Mədəniyyəti Günləri Mərakeşin Meknes, Fəs və Kasablanka şəhərlərində də keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA