?Bursaspor? ?Mançester Yunayted?lə, ?Milan? ?Real?la üz-üzə

img

02-11-2010 [12:00]


Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü turun oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, reqlamentə əsasən bu gün və sabah son turda qarşılaşmış kollektivlər təkrar oyuna çıxmalıdırlar. Təbii ki, bundan əvvəlki turda meydan sahibi olmuş kollektivlər bu dəfə həmin rəqibləriylə səfərdə qarşılaşmış olacaq. İlk oyun günündə A, B, C və D qruplarında mübarizə aparan kollektivlər mübarizəyə başlayacaq. Öz qrupuna vahid liderlik edən ÇL-in son qalibi ?İnter? son turda çətinliklə yendiyi ?Tottenhem?lə səfər matçında ən azı 1 xal qazanmağa çalışacaq. Eyni xalla qrup sonuncuları olan ?Verder?lə ?Tvente? isə öz aralarındakı münasibətlərə Bremendə aydınlıq gətirəcəklər. B qrupunun itkisiz irəliləyən vahid lideri ? Lion ?Olimpik?i ?Benfika?ya səfərdə də eyni aqibəti yaşatmaq istəyəcək. Qələbə və xal üzünə həsrət ?Hapoel? isə ?Şalke?ylə ev oyununda uğursuz seriyaya son qoymağa çalışacaq. C qrupunda isə Azərbaycan futbolsevərlərinin daha çox maraqlandığı ?Bursaspor? doğma arenada qrupun əsas favoriti və lideri ?Mançester Yunayted?i qəbul edəcək. Lakin qardaş ölkə çempionunun sürprizə imza atması yenə də inandırıcı görünmür. ?Valensiya? isə ötən tur heç-heçəyə razılaşdığı ?Reyncers?lə ev oyununda qələbə qazanmaqla, qrup ikinciliyi ələ keçirməyə çalışacaq. Öz qrupuna liderlik edən ?Barselona?nı səfərdə ?Kopenhagen?lə çətin oyun gözləyir. Sabahkı oyun günündə E qrupunun lideri ?Bavariya?nı ÇFR-lə çətin səfər oyunu gözləyir. Doğma meydanda bu komandanı çətinliklə yenən almanlar bu dəfə ilk xal itkisiylə üzləşə bilər. Romada ?Bazel?ə məğlub olan İtaliyanın paytaxtını təmsil edən eyni adlı komandası isə İsveçrədə həmin yenilginin əvəzini çıxmalıdır. ?Çelsi? doğma meydanda əsas izləyicisi ?Spartak?la qarşı-qarşıya gələcək. ?Jilina? isə Marsel ?Olimpik?iylə dueldə ilk xalını qazanmağa çalışacaq. ?Ölüm qrupu?nda ?Milan? ?Real?la prinsipial qarşılaşmada son oyundakı məğlubiyyətin əvəzini çıxmalıdır. Bu qrupun xal üzünə həsrət yeganə komandası ? ?Oser? isə ?Ayaks?ın qələbə qazanmasına imkan verməsə, uğursuz sindroma son qoymuş olacaq. H qrupunun eyni aqibətli komandası ?Partizan? isə ?Braqa?yla ev oyununda ilk xalını qazanmaq istəyir. ?Şaxtyor? isə ?Arsenal?a səfərdəki biabırçı yenilginin əvəzini çıxmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA