Dünyanın məzhur futbolçuları ilə tanınmız mankenləri bir arada

img

29-10-2010 [04:07]


Dünyanın məşhur futbolçuları ilə tanınmış mankenlərinin adları həmişə bir yerdə çəkilib. Belə desək mankenlər ancaq futbolçulara xidmət edib. Yaşıl meydan ilə podium dünyası artıq ayrılmaz bir cütlüyə çevrilib. Gözəllikdən imtina edə bilməyən futbolçularla mankenlər arasındakı sıx əlaqə həmişə gündəmdə olub. Sevgilisini, başqa sözlə desək, həyat yoldaşını podiumdan seçən futbolçuların sayı çoxluq təşkil edir. ?Qafqazinfo? sizə vaxtilə yaşanmış və yaxud hazırda davam edən futbolçu-manken münasibətlərini təqdim edir: Arda Turan: ?Qalatasaray?ın ulduz futbolçusu məşhur manken Sinem Koballa eşq yaşayır. Sevgilərini heç kəsdən gizlətməyən ayrılmaz cütlük televiziya qarşısına çıxmaqdan çəkinmirlər. Volkan Dəmirəl: ?Fənərbaxça?nın təcrübəli qapıçısı manken Fatoş Seymeni tez-tez narahat etdiyi üçün gündəmə gəlmişdi. Ancaq gənc kiper bu xəbəri təkzib etmişdi. Hazırda dəri əlcək sahibi evlidir. 2009-cu il Belçika gözəli seçilən Zeynəb Sevərlə ailə həyatı qurub. Roberto Karlos: Yaşıl meydanların ən eşqbaz futbolçularından biridir. Türkiyədə oynadığı vaxtlarda manken Ebru Poladla qısa müddət bərabər olduqdan sonra, başqa bir podium gözəli Pınar Çinarla eşq yaşamağa başlayıb. Paskal Nouma: ?Beşiktaş?ın unudulmaz futbolçularından biridir. Bir vaxtlar adı Türkiyənin məşhur mankeni Çağla Şikəl ilə çəkilmişdi. Çox keçmədi ki, cütlük bir gecə klubunda bərabər göründü. Uçe Okeçukvu: Məşhur manken Tülin Şahinlə bərabərliyi uzun müddət maqazin gündəmindən düşməyib. Tanju Çolak: Vurduğu qollardan çox eşq həyatı ilə gündəmə gəlib. Bir vaxtlar Hülya Avşarla eşq yaşayan əfsanəvi oyunçu, futbol karyerasına son qoyduqdan sonra gecə klublarında məşhur mankenlərlə yaxalanıb. Rıdvan Dilmen: Futbol karyerasına son qoymamışdan qabaq manken Həsrət Basmacı ilə əlaqəsi Türkiyədə ən çox yadda qalan mövzulardan biri olub. Əmrə Aşık: Türkiyənin ən gözəl mankenlərindən biri Aysu Kayacı ilə eşq yaşayıb. Sözügedən makendən ayrıldıqdan sonra onun adaşı Aysun Tüfəkçi ilə əlaqə yaradıb. Sərgən Yalçın: Hazırda Asrı Sarı ilə münasibətdə olan Türkiyənin əfsanəvi futbolçusunun adı bir vaxtlar Türkiyə gözəli Nur Gümüşdoğrayanla hallanıb. Yusuf Şimşək: ?Fənərbaxça?da çıxış etdiyi dövrdə məşhur manken Esra Balamirlə eşq yaşayıb. Alpay Özalan: Məşhur manken Cansəl Özzənginə televiziya proqramlarının birində eşq elan edib və evləniblər. Okan Buruk: ?Qalatasaray?ın sabiq futbolçusu uzun müddət münasibətdə olduğu Nihan Akkuş ilə 2006-cı ildə evləniblər. İbrahim Toraman: Türkiyə yığmasının və ?Beşiktaş?ın şərəfini qoruyan gənc futbolçunun mankenlikdən müğənniliyə transfer olan Ebru Destanla eşq yaşadığı xəbəri yayılıb. Ergün Penbe: ?Qalatasaray?ın sabiq futbolçusu boşandıqdan dərhal sonra məşhur manken Ayşe Hatun Önalla eşq yaşayıb. Ümit Davala: Futbol karyerasına son qoyduqdan sonra reper olmağa qərar verən futbolçu da həmkarları kimi sevgililərini podiumdan seçib. Belə ki. ?Qalatasaray?ın sabiq futbolçusunun adı tükiyə gözəli Ayşe Hatun Önal ilə, bundan başqa tanınmış müğənni Demet Akalınla hallanıb. Vedat İnceefe: ?Qalatasaray?da ulduzu parladıqdan sonra sürətlə enişə keçən futbolçunun adı da mankenlərlə hallanıb. Belə ki, sabiq futbolçu uzun müddət köhnə manken yeni müğənni Ebru Destanla eşq həyatı yaşayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA