Moskvada keçiriləcək ?Kukla sənəti? ilk beynəlxalq sərgisində Azərbaycan da təmsil olunacaq

img

28-10-2010 [01:46]


Oktyabrın 29-dan 31-dək Moskvada ?Kukla sənəti? ilk beynəlxalq Moskva sərgisi keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin, muzey mərkəzinin dəstəyi və ?Dünya Kuklaları? Mədəni Fondunun dəvəti ilə həmin sərgidə Azərbaycan da təmsil olunacaq. Muzey Mərkəzindən verilən məlumata görə, sərgidə ölkəmizi tanınmış ustalar, bir sıra beynəlxalq mükafatlar laureatı, Pərviz Hüseynov və İrina Qundorina təmsil edəcəklər. Azərbaycanlı kukla ustaları, həmçinin sərgi çərçivəsində keçiriləcək müsabiqənin münsiflər heyətində də yer almışlar. Azərbaycan ilk dəfə belə bir sərginin münsiflər heyətində təmsil olunur. Muzey mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi adından ən yaxşı işə görə mükafatlar veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA