"Azdrama"nın kollektivi noyabrda regionlara qastrol səfərinə gedəcək

img

28-10-2010 [01:17]


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi noyabrın ikinci ongünlüyündə regionlara qastrol səfərinə gedəcək. Teatrdan verilən məlumata görə, kollektiv elə bu yaxınlarda Balakən - Şəki - Zaqatala bölgəsindən qastrol səfərindən qayıdıb. Teatr kollektivinin növbəti çıxışları isə Cənub bölgəsində, həmçinin Şamaxı, İmişli, Saatlı və Sabirabad rayonlarında olacaq. Milli Teatrın yaradıcı kollektivinin ifasında tamaşaçılar bir sıra tamaşalara baxmaq imkanı qazanacaqlar. Teatrın bölgələrə səfər proqramı bu ilin sonunadək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA