ilhamə Quliyeva imkanlı zəxslərdən maddi dəstək istəyir

img

27-10-2010 [01:25]


Bu günlərdə Türkiyədən səfərdən qayıdan türk dünyasının sənət kraliçası, Azərbaycanın və Dağıstanın xalq artisti, şöhrət ordenli İlhamə Quliyeva səfər zamanı qardaş ölkədən doğma, isti münasibət görüb. İlhamə xanım səfər təəssüratlarını anspress-lə bölüşüb: ?Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Türkiyəyə getdiyim ilk gündən Vətənə dönənə qədər məni diqqətsiz buraxmadı. Baş konsul məni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunacaq gecəyə dəvət edib. Hazırda o gecə üçün xüsusi proqram hazırlayıram?. Klipi ?TMB? kanalı tərəfindən lentə alınan müğənni türklərin hədsiz hörmət və rəğbətindən də danışdı: ?Media vasitəsilə ?TMB? kanalının prezidenti Naim Burak Elçiyə, həmyerlimiz, kanalın baş direktoru Nazilə xanım Abbaslıya təşəkkür edirəm. Klip çəkilişi zamanı çox əziyyət çəkdilər, sag olsunlar. Naim bəyə media vasitəsilə deyirəm ki, bütün əziyyətini halal etsin, var olsun, min yaşasın! Həmçinin İstanbul Azərbaycanlıları Kültür və Sənət Mərkəzinin rəhbəri Erol Göllü və onun xanımından böyük diqqət və hörmət gördüm, sağ olsunlar. Mən o mərkəzə fəxri üzv seçilməyimdən məmnunam. Türkiyədə olarkən bir neçə solo konsertlər üçün təkliflər də aldım?. İlhamə Quliyeva bir məqama da toxunub: ?Naim Burak Elçi TMB kanalı vasitəsilə Azərbaycanla Türkiyəni sıx bağlayır. Onun Azərbaycan xalqına sevgisi və 20 il Türkiyədə yaşayan Nazilə Abbaslı ilə bağlılığı mənə hər zaman xoş təəssüratlar bağışlayıb. Kanalın maddi cəhətdən əziyyət çəkməsinə və hər bir şeyə rəğmən Azərbaycan üçün gördüyü işlər çox xoşagəlimlidir. Arzu edərdim ki, Azərbaycanda imkanlı şəxslər bu kanala maddi cəhətdən dəstək olsunlar. Bu günlərdə Milli Televiziya və Radio Şurası qərar verdi ki, Azərbaycan Dövlət Televiziyasında üçüncü mədəniyyət kanalı açılsın. İnanıram ki, TMB kanalı tezliklə Mədəniyyət kanalı ilə əməkdaşlığı həyata keçirəcək. Mənim bu olaya çox böyük istəyim var. Hesab edirəm ki, bu xidmət dünyada yaşayan soydaşlar və Azərbaycanda yaşayan vətəndaşlarımız üçün yerinə düşər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA