Azərbaycan Dövlət Gənc Tamazaçılar Teatrında ?Gümüz maska? sərgisi açılacaq

img

27-10-2010 [01:13]


Oktyabrın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ?Gümüş maska? adlı müasir incəsənət sərgisi açılacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, sərgi teatrın binasından səmərəli istifadə edilməsi, teatrın yaradıcı insanların toplaşdığı, müxtəlif tədbirlərin, görüşlərin keçirildiyi mədəni istirahət məkanlarından birinə çevrilməsi, gənc və istedadlı rəssamların yaradıcılığının dəstəklənməsi, təbliği və əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə keçirilir. Sərgidə gənc rəssamlar Gündüz Ağayev, Təkin Əfəndiyev, İnarə Rəsul və heykəltəraş Məhəmməd Rəşidovun müasir incəsənət əsərləri - rəngkarlıq, kiçik həcmli heykəltəraşlıq, installasiya və s. nümayiş etdiriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA