?Xəzər Lənkəran? Dieqo Ruislə rəsmən vidalazdı

img

27-10-2010 [12:35]


?Xəzər Lənkəran? klubu hücumçusu Dieqo Ruislə rəsmən vidalaşıb. Qol.Az-ın Lənkəran klubunun rəsmi saytına istinadən məlumatına görə, tərəflər qarşılıqlı surətdə müqaviləni pozmaq qərarına gəliblər. Klubun vitse-prezidenti Tuyqun Nadirov bildirib ki, argentinalı futbolçu ona olan ümidləri doğrulda bilməyib: ?Xəzər Lənkəran?da olan dövrdə Ruis yaxşı oyun göstərə bilməyib. Buna görə məşqçimiz onu əvəzedici heyətə göndərdi, ancaq Ruis bundan imtina etdi. Onda biz düşündük ki, yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu müqaviləni qarşılıqlı şəkildə pozmaqdır?. Tuyqun Nadirov onu da əlavə edib ki, nə Ruisin ?Xəzər Lənkərana?, nə də klubun bu futbolçuya qarşı iradı var. Vitse-prezident argentinalı futbolçuya uğurlar arzulamağı da unutmayıb: ?Ola bilsin hansısa ayrı klubda o daha yaxşı oynasın, ancaq bizdə üzərinə düşən vəzifəni yerinə yetirməyə qadir deyildi. İstənilən halda biz ona uğurlar arzu edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA