Jurnalistlər qəzaya düzdü, Şahin Ağabəyli dünyasını dəyizib, Aqil Ələsgər ağır yaralanıb(yenilənib)

img

27-10-2010 [10:52]


Bakıda ağır-yol nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 51-ci kilometrliyində, Qaradağ rayonunun Sanqaçal qəsəbəsində baş verib. Hadisə nəticəsində Poliqon Analitik İnformasiya Agentliyinin və Milli Yol qəzetinin baş redaktoru Şahin Ağabəyli ölüb, Yeni Çağ İnformasiya Agentliyinin baş redaktoru Aqil Ələsgər isə bədən xəsarəti ilə xəstəxanaya aparılıb. Bakıda bir baş redaktorun ölümü, digərinin yaralanması ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub. Baş Dövlət Yol Polis İdarəsinin işi aparan müstəntiqi Vaqif Nəcəfovun anspress-ə verdiyi məlumata görə, hadisə bu gün saat 09:00 radələrində, Bakı-Qazax yolunun 51-ci kilometrliyində baş verib. 90-XJ-524 dövlət nömrə nişanlı ?Nissan Tiida? markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq sağ tərəfdə torpaq sahəsinə düşüb. Sürücünün idarəetməsindən çıxan maşın 50 metr məsafə uzağa düşüb. Müstəntiqin gəldiyi ilkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub. Cünki qəzanın baş verdiyi yerdə 20 metrə yaxın uzunluqda təkərin əyləc izi olub. Hadisə zamanı sürücünün yuxulu olması da istisna edilmir. Artıq faktla bağlı AR CM-nin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Faktla bağlı texniki və tibbi ekspertiza təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA