Gənclər və idman Naziri Azad Rəhimov Meksikada səfərdə olub

img

26-10-2010 [06:35]


Bu ilin 19-25 oktyabr tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov və Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Meksikanın Akapulko şəhərində keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Assambleyasında iştirak etmək üçün Meksikada səfərdə olublar. Assambleyanın açılışında Meksika Prezidenti Felipe Kalderon İnoxosa iştirak edib. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyin Mətbuat Xidmətindən MİA-ya verilən məlumata görə, tədbir çərçivəsində əsasən, Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunları, 2012 və 2016-cı illərdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilati məsələləri, o cümlədən cari ildə Sinqapurda keçirilmiş Gənclərin Yay Olimpiya Oyunlarına dair hesabat dinlənilmiş və 2018-ci ildə keçiriləcək növbəti Qış Olimpiya Oyunlarının təşkilati məsələləri və irəli sürülmüş namizədliklər (Almaniya ? Münxen, Fransa ? Ansi, Pheçhan ? Cənubi Koreya) nəzərdən keçirilmişdir. Assambleyanın toplantıları zamanı, həmçinin qadın idmanının inkişafı və qadın idmançıların inzibati vəzifələrə cəlb edilməsi kimi məsələlər müzakirə edilmişdir. Qeyd etmək lazımdır ki, Milli Olimpiya Komitələrinin Assambleyasında, ilk dəfə olaraq beynəlxalq gənclər siyasəti və milli idman sahələrinin inkişafına təkan vermək məqsədi ilə Nazirliklər və Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Azərbaycanın Gənclər və İdman Naziri A.Rəhimov Assambleya çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Jak Roq, Olimpiya Oyunlarının Direktoru Cilbert Felli, o cümlədən Əlcəzair və Səudiyyə Ərəbistanı Krallığının Gənclər və İdman Nazirləri ilə ikitərəfli görüşlər keçirmişdir. Aparılmış müzakirələr zamanı, idman və gənclər siyasəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair qarşılıqlı maraq kəsb edən məsələlər nəzərdən keçirilmişdir. Assambleya çərçivəsində Rusiyanın Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovun təşəbbüsü ilə MDB və Baltik ölkələrinin Milli Olimpiya Komitələri rəhbərlərinin iştirakı ilə toplantı keçirilmişdir. Toplantı zamanı, idman sahəsində əməkdaşlıq və MDB və Baltika ölkələri çərçivəsində müvafiq koordinasiya orqanının bərpa edilməsi məsələləri müzakirə edilmişdir. Nazir A.Rəhimov, oktyabr ayının 25-də Mexiko şəhərində Meksikanın Bədən Tərbiyəsi və İdman Komitəsinin Baş Direktoru Bernardo de La Garza ilə görüşmüşdür. Görüş zamanı, ölkələrimiz arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq perspektivləri, qarşılıqlı tələbə mübadiləsi, dostluq yarışlarının, həmçinin müxtəlif idman növləri üzrə milli yığma komandaların birgə məşq toplantılarının təşkili kimi məsələlər müzakirə edilmişdir. Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi tanındığı və bir sıra idman növlərinin xüsusən inkişaf etdiyini vurğulayan Nazir A.Rəhimov, əsasən milli idman növü sayılan güləş, o cümlədən boks, dzüdo sahələrində Azərbaycan idmançılarının uğurlarını qeyd etmiş və ölkəmizin bu istiqamətdə Meksika ilə təcrübə mübadiləsi və əməkdaşlığa hazır olduğunu bildirmişdir. Tərəflər, idman və gənclər siyasəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə anlaşma memorandumun imzalanması üçün müvafiq danışıqların başlanmasını məqsədəuyğun hesab etmişlər. Görüşdə, Azərbaycanın Meksikadakı Səfiri İlqar Muxtarov iştirak etmişdir. Azərbaycan Respublikasının İdman və Gənclər Naziri Azad Rəhimovun Meksikaya səfəri başa çatmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA