Mərkəzi Bank sədri: "Bu il ərzində inflyasiyanın azalması davam edir"

img

14-06-2018 [10:42]


"Azərbaycan Mərkəzi Bankı (AMB) hələ ki, inflyasiyanın səviyyəsi ilə bağlı proqnozunu dəyişdirmik. Sadəcə ilin ilk 9 ayının yekunlarına görə, inflyasiya proqnozunun yenidən qiymətləndirilməsi həyata keçiriləcək". 

Bu barədə AMB-nin sədri Elman Rüstəmov bildirib. 

"Bu il ərzində inflyasiyanın azalması davam edir. 5 ayda orta illik inflyasya 3,2% olub. Əhalinin gəlirlərinin artması qiymətlərin artım tempini üstələyib. Maydan başlayaraq mövsümi amillər iinfyasinın azalmasını dəstəkləyib. Ev təsərrüfatları arasında monitorinq göstərir ki, inflyasiya gözləntiləri son illərin minimum səviyyəsinə enib. 2018-ci ilin sonuna qiymət artımının əvvəlcədən proqnozlaşdırıldığı kimi birrəqəmli səviyyədə olacağı gözlənilir", - deyə o, qeyd edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA