12-06-2018 [23:18]
O, telefon dəstəyini yerinə qoyub oturduğu kresloya yayıldı. Düşündü, bu da son! Böyük və təmtəraqlı kabineti ona çox bayağı göründü. Onu vururdular. Yuxarıdan artıq düyməni basmışdılar. Mexanizm işə düşmüşdü.
O düyməyə artıq heç kimin əli çatmazdı. Bu günün gələcəyini hərdən ağlına gətirsə də, bunun olmayacağına özünü inandırmışdı. Oyun qaydalarını o, yaxşı bilirdi. Özünə bəraət qazandıra-qazandıra çox haqsızlıqlara qol qoymuşdu. Həyatın qanunu belədir – etmisənsə, sənə də edəcəklər. Və mütləq, haqq-hesab çəkilən gün gələcək. Paradoks ondan ibarət idi ki, başqalarına qarşı böyük ədalətsizliklər edənlər bir-birindən tam ədalət tələb edir və bunun əksini xəyanət kimi dəyərləndirirlər. Bu praktika oğru aləmindən gəlmişdi. Oğrular bir-birindən oğurluq edə bilməzdilər. Digər qaydalar da elə oğru qaydaları idi. O, içəri də gedə biləcəyini gözünün qabağına gətirdi.
Selektorda köməkçisinin düyməsinin işıqlanması onu ağır düşüncələrdən ayırdı.
– Əhməd müəllim, aşağıdan polis bildirir ki, həmin rəssam yenə sizi görmək istəyir.
O, cavab vermədən geri oturdu. Uşaqlıqda o da şəkil çəkməyi, plastilindən nələrsə düzəltməyi xoşlayırdı. Ən böyük arzusu heykəltəraş olmaq idi. Aşağıda gözləyən rəssamla bir dəfə ayaqüstü görüşmüşdü. Rəssam onu maşınına yaxınlaşanda haqlamışdı. Özünü Mahmud Şükürbəyli kimi təqdim etmişdi. Öz yaddaşından razı idi. Bir dəfə eşitdiyi adı heç vaxt yaddan çıxartmazdı.
Rəssamın sifətini də yaxşı yadda saxlamışdı. Onun qoca sifətində gözləri çox cavan görünürdü. Elə bil yaşlı sifətə cavan insanın gözlərini köçürtmüşdülər. Sifətindəki bu ziddiyyət onun baxışını müəmmalı, qeyri-adi edirdi. Mahmud Şükürbəyli özü üçün canfəşanlıq etmirdi. Darısqal zirzəmidə emalatxanası olan heykəltəraş dostu üçün təvəqqe edirdi. Onu münasib bir yerə köçürtməyi xahiş edirdi. Heykəltəraş dostunun uğurlarını həvəslə sadalayırdı. Nədənsə, özünün çoxsaylı mülkləri yadına düşdü. Hər mülkün arxasında da haqsızlıq olduğunu düşünməyə bilmədi. Heykəltəraş öz arzusu arxasınca axıra qədər getmişdi. O isə öz arzusunu vəzifəyə, pula, mülkə qurban vermişdi. Sonda əldə etdiyi isə gözəl ilğım oldu. Fikirləşdi, bəlkə, bu sonluqda heykəltəraşa kömək etsin? Bəlkə, öz arzusuna çatmış insana dəstək olsun? Bəlkə, uzun illər qəlbində nisgil qalmış öz arzusuna belə rahatlıq gətirsin?
O, ötən əsrin 90-cı illərində başlayan kooperasiya hərəkatının ilk iştirakçılarından biri idi. Bakıda tikilən ilk özəl çoxmərtəbəli binanın tikintisində payçı olmuşdu. Ona pay olaraq binanın alt mərtəbəsində kifayət qədər böyük yer də düşmüşdü. Həmin yer heykəltəraşa tam yarayardı. Geniş və işıqlı bir yer idi. Bu yer onun halal mülkü idi. O, qətiyyətlə köməkçisinin selektordakı düyməsini basdı.
– Rüfət, onu özün qəbul et, nə etmək lazım olduğunu sənə deyəcəyəm.
Həbsxananın çöl qapısı onun arxasınca metal səslə bağlandı. O, üzünü yuxarı döndərdi. Həsxana divarları ilə çərçivələnməmiş bu genişlikdə səmanı düz on bir il idi ki o görmürdü. – Deyəsən, qarşılamağa heç kim gəlməyib –, fikrindən keçdi. Həyat yoldaşını üç il qabaq itirmişdi. Oğlu xaricdə yaşayırdı. Geri dönmək fikri də yox idi. Yanında bir minik maşını dayandı. Sürücü maşından düşüb ona yaxınlaşdı.
– Salam, Əhməd müəllim.
Keçmiş sürücüsü Həsəni tanıdı.
–Salam, Həsən. Necəsən?
Əllə salamlaşdılar. Həsən onun yanına gələrdi. Hərdən onun xırda xahişlərini də yerinə yetirirdi.
Maşının yan qapısından cavan bir oğlan da düşdü.
– Salam, Əhməd əmi.
Həsən dilləndi:
– Oğlum Cəbrayıldır. Cəbrayıl Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, Sankt-Peterburq Rəssamlıq Akademiyasını, Vyana Sənətşunaslıq İnstitutunu bitirib; hamısını da müvəffəqiyyətlə. İstanbulda, Berlində sərgiləri olub. Rəssamlıqla yanaşı, həm də bu sahə üzrə ekspertdir. Ekspert kimi də xarici muzeylərdən dəvətlər alir. Altı dil bilir.
– Nə yaxşı, sevindim! Allah saxlasın.
Onlar maşına oturdular. Təxminən bir saatdan sonra Həsən maşını beşmərtəbəli bir binanın yanında saxladı. Bu binada onun ilk yaşadığı ev də yerləşirdi. İkinci mərtəbədə yerləşən evin qapısını Həsən açdı. Üçü də evə daxil oldular.
– Əhməd müəllim, bizimkilər dünən buranı silib-süpürüblər.
Böyük otaqdakı masaya milli yeməklər düzülmüşdü. O, belə masa mənzərəsini çoxdan idi ki görmürdü. Otaqda olan rəfin qabağına qoyulmuş rəsm əsəri onun diqqətini çəkdi. Əvvəllər bu şəkli görməmişdi.
– Həsən, bu nə şəkildir? – deyə o soruşdu.
– Əhməd müəllim, yadınızdadır, o son günlər yanınıza bir rəssam gəlirdi? Bu şəkli o mənə verdi ki, sizə çatdırım. Sizdən çox razılıq edirdi. Minnətdarlıq rəmzi olaraq bu şəkli qəbul etməyinizi xahiş etdi. Onda qarışıqlıq olduğu üçün sizə çatdıra bilmədim. Elə o vaxtdan gətirib bura qoymuşam.
Yaddaşına baş vurdu. Hə, yəqin Mahmud Şükürbəyli imiş. Özlüyündə hələ də yaxşı yaddaşına sevindi. Onlara Cəbrayıl da yaxınlaşdı. O, şəkli götürüb baxmağı xahiş etdi. Cəbrayıl şəkli pəncərədən ən çox işıq düşən yerə yaxınlaşdırıb diqqətlə ona baxmağa başladı. Onun bunu peşəkarlıqla etdiyi görünürdü.
Bir müddətdən sonra o əvvəl yavaş, sonra ucadan dedi:
– Bu inanılmazdır! – O, şəklə baxmağa hər ikisini dəvət etdi.
– Bu dahi rəssamımız Mahmud Şükürbəylinin məşhur əsəridir. Baxın!
O, şəklin arxasını göstərdi:
– Burda imzası da var. Çərçivədə də öz xətti ilə yazsı var: "Əhməd müəllimə ən xoş arzularla!” İndi tabloya baxın. Şahanə qalxmış dəniz dalğası üç yerə bölünüb – ortada bir böyük, ikisi də yanlarda. Bu bölünmüş dalğalar, baxın, eyni zamanda üç dağ zirvəsidir. Dalğanın başındakı ağ rəngli ləpələr dağların zirvəsindəki qar kimi görünür. Rəssam rənglərdən və işıqdan elə məharətlə istifadə edib ki, bir tabloda iki rəsm əsəri yaradıb. Ayrılıqda hər mənzərə o qədər inandırıcıdır ki, insan beyni onu bir görünüş kimi qəbul edə bilmir. Bu səbəbdən gözlərimiz əvvəl bir, sonra o biri şəkli görür. Seyrçi gah üç dalğanı, gah da üç zirvəni görür. Xarici xüsusi ədəbiyyatda buna "Şükürbəyli effekti " də deyilir. Onun bu əsərini dahi italyan rəssamı Leonardo da Vinçinin məşhur "Mona Liza” əsəri ilə də müqayisə edirlər. Şəklin digər adı "Cakonda”-dır. Bu Mona Lİzanın həyat yoldaşı, ipək ticarəti ilə məşğul olan italyan Cakondanın familiyasıdır. Da Vinçi bu əsəri dörd ilə çəkib. Beş yüz il bundan qabaq çəkilmiş və dünyanın ən bahalı şəkli hesab edilən "Mona Liza” Parisin Luvr muzeyində xüsusi təhlükəsizlik tədbirləri altında saxlanılır. Beş əsr bundan qabaq çəkilməsinə baxmayaraq, bu əsər hələ də qızğın mübahisələrin mövzusudur. Ən böyük müzakirə mövzusu Mona lizanın sirli təbəssümüdür. Şəklə baxan insana əvvəl elə gəlir ki, Mona Liza ona gülümsəyir. Bir az da diqqət etdikdə, onun üzündəki təbəssüm itir və o, seyrçiyə ciddi baxır. Seyrçi axıra qədər də ayırd edə bilmir – xanım ona gülümsəyir, ya ciddi baxır. Da Vinçidən fərqli olaraq Şükürbəyli bir tabloda iki bərabər güclü mənzərə yaradıb. Seyrçi şəkildə əvvəl üç dalğanı görür. O, dalğalara diqqət etmək istədikdə bu dəfə dağ zirvələri görür. Dağ zirvələrinə gözünü zilləyən kimi onlar başı ağ köpüklü dalğalara çevrilir. Dahiyanə! Bu şəklin repraduksiyaları bütün məşhur dünya muzeylərində nümayiş olunur. Bu əsərin əslinin axtarışına, hətta İnterpol da qoşulub Azərbaycanın hər yerini axtarıblar. Kim düşünə bilərdi ki, bu əsər burada , bu otaqda on bir il qalıb. Sotbis auksionuna çıxarılsa, məşhur muzeylər bu əsər uğrunda mübarizə aparar. Əsərin bazar qiyməti milyonlarla dollardır.
O, Mahmud Şükürbəyli ilə olan yeganə görüşünü fikrində canlandırdı. Rəssamın yaşlı sifətindəki cavan gözləri gülümsəyirdi, yəqin Mona Liza kimi…
Hümbət Quliyev
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
Hikmət Hacıyevdən paradla bağlı paylaşım - VİDEO
BAKIDA HƏRBİ PARAD BAŞLADI - Üç ölkə lideri bir arada + CANLI YAYIM
Ərdoğan Azərbaycana gəlib (YENİLƏNİB)
Prezident və xanımı Fəxri xiyabanda - FOTOLAR
Prezidentlə xanımı Şəhidlər xiyabanında - FOTOLAR
"PREZİDENT TELEFONDA DEDİ Kİ..." - Ceyhun Bayramov 5 il əvvəl Moskvada bağlı qapılar arxasındakı görüşün sirlərini açdı
Azərbaycan neftinin qiyməti 65 dollara qalxdı
8 noyabrda sizi nə gözləyir? - BÜRCLƏR
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
Bu gündən dörd günlük tətil başlayıb
BU GÜN ZƏFƏR GÜNÜDÜR - Paytaxtda parad keçiriləcək
Prezident elə görüntüləri paylaşdı ki... - VİDEO
45 hakim istefa verdi - Türkiyədə
İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım - FOTO
Misli Premyer Liqasının “Zəfər turu” start götürdü - “Şamaxı” minimal hesabla qalib gəlib, Qəbələ” isə...
Türkiyədə qəza: 11 şagird xəsarət alıb
TÜRKİYƏDƏN SENSASİON QƏRAR - Netanyahu və yüksək vəzifəli şəxslər barədə həbs qərarı çıxarıldı (SİYAHI)
"İntellektual gənclər Azərbaycanın gələcəyidir” - Azad Manafl
QƏHRƏMAN BÖYÜDƏN ANA, GÜNÜN MÜBARƏK!
Türkiyədə 12 deputatın toxunulmazlığını ləğv etmək istəyirlər - İkisi partiya sədridir (SİYAHI)
DÇ-2026: Türkiyə - Bolqarıstan matçının biletləri satışdadır - Ən ucuz bilet 36 manatdır
Mauro İkardi: "Özünə baxa bilməyənlər adama yol göstərməyə çalışır"
Yaşar Güler Bakıya gəlib
ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK! - Vahid Tağıyev yazır
"Soruşdum ki, axı bu “mentor” nə deməkdir?" - Rəşad Məcid
Mosul Hava Limanı 11 il sonra açıldı
Nəsimidə “Abad həyət” sakinlərin istifadəsinə verildi - FOTOLAR
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb - Açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
İndoneziya məscid partladıldı - 54 yaralı var
“Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd edib - FOTOLAR
Prezident İlham Əliyev fərman imzaladı
"Turan Tovuz"un vitse-kapitanı: "Rövşən Babayev olmasaydı, bəlkə də futbolu atmışdım"
"Milli Qəhrəman", "Azərbaycan Bayrağı"... - İlham Əliyev bir qrup şəxsi təltif edib
Prezident onlara general və "kontr-admiral" ali hərbi rütbəsi verdi - SƏRƏNCAM + SİYAHI
DÇ-2026: Türkiyə millisinin heyəti açıqlandı - SİYAHI
"Bakcell" abunəçisi 1 manatla lüks avtomobil sahibi oldu!
Deputat naziri "topa tutdu": "Hanı sənin adilliyin, hanı sənin kərimliliyin?" - "Məni onların qarşısında niyə utandırırsan?"