“Uşaqlara niyə əzab verirlər?" - Aqil Abbasdan dərs ilinin uzadılmasına etiraz

img

12-06-2018 [16:49]


"Orta məktəblərdə oxuyan şagirdləri niyə süründürürlər? Tədris iyunun 15-də başa çatır. Uşaqları belə yükləmək olmaz. Birinci sinifə gedən uşağı çantasının ağırlığı 6-8 kiloqramdır. Bunlar ağırlıq qaldıran yetişdirəcəklər?”.

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Aqil Abbas deyib. 

"Uşaqlara niyə əzab verirlər? Nə öyrədirlər? Dərslər qurtarıb. Məktəbə elə-belə gedib-gəlirlər. Bu məsələ yoluna qoyulmalıdır”-deyə, deputat əlavə edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA