ALP-dən ordumuzun Naxçıvan istiqamətindəki uğuruna reaksiya: "Ordumuzun yüksək döyüş və ruh qabiliyyəti..."

img

12-06-2018 [12:23]


Xəbər verdiyimiz kimi, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordumuz Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər də daxil olmaqla ümumilikdə 11 min hektar əraziyə nəzarəti bərpa edib.

Bu əlamətdar uğur münasibəti ilə Mia.az-a açıqlama verən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib ki, təmsil etdiyi partiya Azərbaycan ordusunun bu uğurunu alışlayır: "ALP ordumuzun bu uğurunu alıqşlayır və hərbçilərimizə yeni qələbələr arzulayır. 

ALP hesab edir ki, müstəqillikdən bu yana bir sıra uğursuzluqlara baxmayaraq, Azərbaycan əsgərlərinin işğalçı Ermənistan ordusu ilə müqayisədə döyüş ruhu və mənəvi keyfiyyətləri həmişə yüksək olub. İnanırıq ki, ordumuz yüksək döyüş və ruh qabiliyyəti ilə işğaldakı bütün torpaqlarımızı qısa zamanda azad etmək qabiliyyətindədir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA