11-06-2018 [16:45]
Xəbər verdiyimiz kimi, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.
Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, "Xunut” dağı və "Ağbulaq” yüksəkliyi , daha sonra isə "Qızılqaya” dağı və "Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək "Areni” qoyublar) nəzarət altına keçib.
Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.
Aprel döyüşlərindən sonra Azərbaycan ordusunun Naxçıvanda həyata keçirdiyi uğurlu əməliyyatdan danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov AzVision.az-a bildirib ki, bu, ölkəmizin heç vaxt işğalla barışmadığının sübutudur.
"Azərbaycanın heç vaxt işğalla barışmayacağı mesajını Ali Baş Komandan, prezident İlham Əliyev dəfələrlə verib. Ali Baş Komandan xəbərdarlıq edib ki, Ermənistan konstruktiv mövqedən çıxış etməsə, Azərbaycan son varianda güc tətbiq edərək öz torpaqlarını işğaldan azad edəcək. Naxçıvanda olan silahlı bölmələr müəyyən operativ-taktiki tədbirlər həyata keçirərək işğal edilmiş torpaqlardan düşməni geri çəkilməyə məcbur edib. Nəticədə bir sıra yaşayış məntəqələrində təhlükəsizlik təmin olunub. Orada 11 min hektar əraziyə sahiblik geri qaytarılıb. 8 min hektar torpaq kənd təsərrüfatı üçün yararlıdır. Günnüt kəndinin sakinləri 26 ildən sonra öz qəbiristanlıqlarını ziyarət ediblər. Naxçıvanda bir daha nümayiş etidirildi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Hansı yolla olursa olsun, torpaqlarını işğaldan azad edəcək”, - deyə ehtiyatda olan polkovnik bildirib.
Ş.Ramaldanov qeyd edib ki, Cocuq Mərcanlıdan sonra estafeti Naxçıvan götürüb və uğurla başa çatdırıb: "Düşünürəm ki, bunun əhəmiyyəti çox böyükdür. İşğaldan azad edilən hər bir qarış torpaq bizi əsas hədəfimizə yaxınlaşdırır. Azərbaycan cəmiyyəti bunu çox yaxşı qarşılayır, ruh yüksəkliyi ilə qeyd edir. Digər tərəfdən strateji, taktiki cəhətdən orada olan yüksəkliklər İrəvana gedən yolu nəzarətdə saxlamağa imkan yaradır. Hesab edirəm ki, ən böyük sevindirici hal kənd sakinlərinin öz evlərinə, torpaqlarına qovuşmasıdır”.
Polkovnik vurğulayıb ki, Naxçıvan əməliyyatı böyük qayıdışa, torpaqlarımızın işğaldan azad olunmasına istiqamətlənən addımlardan biridir: "Cocuq Mərcanlının timsalında biz görürük ki, qısa zamanda azad olunmuş yaşayış məntəqələrində abadlıq-quruculuq işləri aparılır. Müasir infrastruktur yaradılır. Bu, düşmənə nümunədir ki, torpaqlar azad edilsə, orada infrastruktur hansı formada bərpa olunacaq. Bunu erməni cəmiyyəti də görür. Cocuq Mərcanlıdan sonra Xankəndində camaat qorxu içərisində yaşamaqdan bezib və ayağa qalxıb. Başa düşürlər ki, işğal onlara heç nə verməyib.
Hesab edirəm ki, Naxçıvandakı əməliyyat böyük qayıdışa, torpaqlarımızın işğaldan azad olunmasına istiqamətlənən addımlardan biridir. Bunun axarı, davamı olacaq. Biz digər istiqamətlərdə də belə xoş xəbərləri eşidəcəyik. Bəlkə də atılan addımlar Ermənistanı qeyri-kontruktiv mövqeyindən çəkindirərək, cəmiyyətin təzyiqi altında düzgün mövqe tutmağa, nəhayət, öz xalqını, gələcəyini fəlakətdən qurtarmağa apardı. Bu da onlara dərs olmasa, öz havadarlarının əmrlərini yerinə yetirməkdə davam etsələr, Azərbaycan hərbi gücü ilə qısa zamanda işğalçı qüvvələri darmadağın edərək işğala son qoyacaq. Düşünürəm ki, Naxçıvan əməliyyatının davamı olmalıdır və olacaq”.
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL