Seyidov: "Mənə heç bir sanksiya tətbiq oluna bilməz" - Siyasi məhbuslarla bağlı yeni məruzəçi təyin ediləcək

img

09-06-2018 [16:11]


 "Mən AŞPA-nın yay sessiyasında iştirak edib öz mövqeyimi bildirəcəyəm".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

"Mənim funksiyaları yerinə yetirməyimə heç bir sanksiya tətbiq oluna bilməz. Mən büronun üzvüyəm. Bir qrup insanın mövqeyinin hansısa mərhələdə reallaşması o demək deyil ki, biz bundan imtina edək. Biz AŞPA-da aktiv fəaliyyət göstərəcəyik. Əminəm ki, onların arzuları ürəklərində qalacaq", - o, qeyd edib.

S.Seyidov bildirib ki, AŞPA-nın yay sessiyanın ilk günündə Azərbaycanda aprelin 11-də keçirilmiş Prezident seçkiləri ilə bağlı hesabat müzakirə ediləcək: "Sessiya zamanı Azərbaycan nümayəndə heyətini narahat edən bir məsələ də müzakirə olunacaq. Bu, siyasi məhbuslarla bağlı məruzəçinin yenidən təyin olunmasını gündəmə gətirmək məsələsidir. Məruzəçinin təyinatı da konsktruktiv yanaşma deyil. Qoy təyin etsinlər, biz bundan çəkinmirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA