Deputatdan Naxçıvanda torpağımızın işğaldan azad edilməsinə şərh: "...tezliklə işğaldan azad ediləcək"

img

09-06-2018 [10:56]


"Naxçıvan istiqamətində əldə etdiyimiz uğurlar həm ordumuzun, həm xalqımızın, həm də Prezidentimizin apardığı siyasətin təntənəsidir".

Mia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, bunlar ilk addımlardır: "Azərbaycan Prezidentinin siyasəti, gördüyü işlər, yaratdığı mühit, dünyaya sübut etdiyi məsələlər torpaqlarımızı işğaldan azad edəcək. Bu məntiqdir, həqiqətdir. Ermənilərin təşkil etdiyi yalan bir müddət ayaq tutub, ancaq yeriyə bilmədi. Torpaqlarımız gec-tez, inşalllah, tezliklə işğaldan azad ediləcək. Bununla əlaqədar Naxçıvanda torpağımızın azad olunması münasibəti ilə xalqımızı təbrik edirəm".

Qeyd edək ki, Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi düşməndən azad edlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA