ReAL-ın daha bir üzvü həbs edildi – Məmmədova 10 sutka verildi

img

08-06-2018 [15:38]


Yasamal Rayon Məhkəməsinin qərarı ilə "ReAl” hərəkatının fəalı Anar Məmmədov 10 sutkalıq həbs cəzasına məhkum edilib.

Mia.az "Turan”a istinadən xəbər verir ki, o, polisə tabe olmamaqda ittiham edilir. 

Müxalifətçinin qohumları hesab edirlər ki, həbsin əsl səbəbi A.Məmmədovun mayın 28-də Bakı küçələrində AXC-nin 100 illiyi münasibətilə yürüşdə iştirak etməsidir.

Bundan öncə "ReAl”ın daha dörd fəalı 25 və 30 sutka müddətinə həbs olunublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA