Həbsdə olan İlqar Məmmədovla bağlı qeyri-müəyyənlik - Avropa Şurası qərar verə bilmədi

img

08-06-2018 [14:25]


Avropa Şurası Nazirlər Komitəsinin iyunun 5-7-də keçirilən toplantısında ReAL sədri İlqar Məmmədovun işi üzrə qərar verilməyib. 

Belə ki, komitə Avropa İnsan Haqları Məhkəməsinə sual ünvanlayıb.

Komitə Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını icra etmək öhdəliyini, yəni Avropa İnsan Haqları Konvensiyasının 46-cı maddəsini yerinə yetirib-yetirmədiyini soruşur. Avropa Şurasından verilən məlumatda bu məsələnin hələ də məhkəmə tərəfindən nəzərdən keçirildiyi bildirilir.

Qafqaz Məmmədov, Mahmudov və Ağazadə işlərinə gəlincə isə, deputatlar hakimiyyəti bu işlər üzrə yubanmadan informasiya verməyə, hərtərəfli tədbirlər planı təqdim etməyə çağırırlar/Azadlıq.org

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA