Rusiyanın Azərbaycandakı yeni səfiri Bakıya gəldi - Mixail Boçarnikov kimdir? + FOTO

img

08-06-2018 [13:39]


Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov bu gün Bakıya gəlib.

Bu barədə "Report"a Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Xatırladaq ki, M.Boçarnikov etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Rusiya Prezidenti Vladimir Putin M.Boçarnikovu Azərbaycana səfir vəzifəsinə bu il mayın 29-da təyin edib. O, bu vəzifədə Vladimir Doroxini əvəzləyib.

Qeyd edək ki, 70 yaşlı M.Boçarnikov daha əvvəl Rusiyanın Zambiya, Yunanıstan və Qazaxıstandakı səfiri olub. Səfir rus dilindən başqa, ingilis, fransız və amhar dillərində danışır. Diplomat evlidir və bir qızı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA