"Paşinyan Qərbin, hətta güvəndikləri Rusiyanın da dəstəyini ala bilməyəcək" - Politoloq

img

08-06-2018 [00:38]


"Nikol Paşinyan diqqəti əsas mövzudan yayındırmaq istəyir. O, bir tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirsə də, digər tərəfdən danışıqlarda Qarabağ təmsilçilərinin də də iştirak etməli olduğunu, onların yerinə qərar verə bilməyəcəyini deyir".

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Paşinyan bu məsələdə Qərbin, hətta güvəndikləri Rusiyanın da dəstəyini ala bilməyəcək, çünki illərdir formalaşan format var və Paşinyanın xaricində kimsə bu formatın dəyişməsini istəmir: "Paşinyan dediyindən dönməsə, ona qarşı istifadə edəcəyimiz arqument bəllidir. Birincisi, torpaqlarımızı Ermənistan işğal edib, ona görə də yaxalarını kənara çəkə bilməzlər. İkincisi, münaqişənin həllinin sonrakı mərhələsində müzakirələrdə Qarabağ təmsilçilərinin iştirakı istisna olunmur, ancaq bu danışıqlarda Qarabağın erməni icması ilə yanaşı, azərbaycanlı icması da iştirak etməlidir. Paşinyana bleflə məşğuldur, o, yəqin bilir ki, onun təklifi keçməyəcək".

E.Şahinoğlunun sözlərinə görə, hətta bu gün Ermənistanın xarici işlər naziri ilə görüşən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da Paşinyana ümid yeri qoymayıb. Lavrovun sözlərindən çıxan nəticə budur ki, Azərbaycan etiraz edirsə, Qarabağ təmsilçilərinin danışıqlarda iştirakı mümkün olmayacaq:

"Paşinyanın məqsədi diqqəti həll prosesindən yayındırmaqdır, onun iqtidarı zəifdir. Ona görə də o, Qarabağ danışıqlarına hazır deyil, növbədənkənar parlament seçkisinə qədər vaxtı uzatmağa çalışır. O, indiki kövrək parlamentlə ciddi addımlar atmağa risk etmir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA