Gömrükdə 34 ədəd pirotexniki vasitə aşkarlanıb

img

07-06-2018 [15:07]


Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin qanunsuz gətirilməsinin qarşısı alınıb.

DGK-dən Mia.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz Vaneo CDI" markalı minikavtomobili ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, nəqliyyat vasitəsinin alt hissəsində, xüsusi hazırlanmış saxlanc yerində 18 ədəd "36 Silver Chrysanthemum" və 16 ədəd "Roman Candle" markalı pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA